Sumqayıtda yataqxanada yanğın olub

5 августа 2017 [23:06] - YouthPortal.Az

Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlər məskunlaşan yataqxanasında baş verən yanğın artıq söndürülüb.  Məlumata görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası sakinləri binadan təxliyə ediblər.

 

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.  

 

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.

 

FHN-nin rəsmi saytında bildirilir ki, yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın beşmərtəbəli yaşayış binasının dəhlizində və mətbəxində olub. 




 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun