II Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar simpozium keçiriləcək

19 2017 [18:25] - YouthPortal.Az

22-24 may tarixlərində Azərbaycan Xalça Muzeyində Ortaq qaynaqdan çeşidli yollar mövzusunda II Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar simpozium keçiriləcək.

Simpozium Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyə Respublikasının Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyi, Türk Dünyası Fondu, Z Company 2007, ATİB (Azərbayan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunur.

Simpoziumda Azərbaycan, ABŞ, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edəcəklər.

Məqsəd bu simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir.

Simpoziumun mövzusu türk xalça sənətində naxışlardır, bu mövzu istənilən tarixi dövrləri bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir. Akademik sessiyalarda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri; türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər; xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri və onların zənginləşdirməsi; naxışın xüsusi bədii dili; müasir dünya incəsənətində naxışların əhəmiyyəti və digər mövzularda məruzələr oxunacaq, müzakirələr və fikir mübadiləsi aparılacaq.

Naxışların tipoloji təsnifatındakı özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elm adamlarının məruzələri kitab şəklində nəşr ediləcək, kitabxanalara və iştirakçılara paylanacaq.

II Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar simpoziumu çərçivəsində D. Kara Çoban adına Milli Qaqauziya Tarix və Etnografiya Muzeyininin eksponatlarından ibarət sərgi keçiriləcək. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milli geyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun