Ronaldodan növbəti rekord

19 мая 2017 [16:56] - YouthPortal.Az

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Portuqaliyalı hücumçu Avropanın 5 böyük liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) ən çox qol vuran futbolçu olub.

La Liqada "Selta"ya qarşı matçda dubla imza atan Ronaldo Avropa liqalarında  vurduğu qolların sayını 368-ə yüksəldib. Bununla da o, ingiltərəli Cimmi Qrivzanı (366 qol) geridə qoyaraq bu göstərəcidə ilk pilləyə qalxıb.

Qeyd edək ki, K.Ronaldo 2003-2009-cü illərdə çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasında 84 qol, 8 mövsümdür oynadığı "Real"la isə La Liqada 284 qol vurub.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
 

Bizə qoşulun