Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək

18 мая 2017 [16:41] - YouthPortal.Az

Alman Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə mayın 31-də Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək.
Palatadan bildirilib ki, tədbir Bavariya torpağının İqtisadiyyat, Media, Energetika və Texnologiyalar üzrə Nazirliyinin dövlət katibi Frans Yozef Pşirerin rəhbərliyi ilə Bavariyadan olan müəssisələrin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində baş tutacaq.
Forum Bavariya dövlət rəsmilərinin və müəssisələrinin ölkəmizə səfəri ilə əlaqədar olaraq "Bavariya Beynəlxalq İqtisadi Əlaqələr Birliyi" ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında tikinti, inşaat, şəhərsalma, maşınqayırma və avadanlıq, avtomobil sənayesi, informasiya və kommunikasiya texnologiyaları, ətraf mühit texnologiyaları, peşə təhsili, tibbi xidmət, istehlak malları, turizm sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər təşkil olunacaq.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
 

Bizə qoşulun