Lütfi Zadə adına ikinci məntiq olimpiadasının nəticələri açıqlanıb

18 мая 2017 [15:07] - YouthPortal.Az

Lütfi Zadə adına məktəblilərarası ikinci məntiq olimpiadasının nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, olimpiadanın final mərhələsində paytaxt üzrə 1.859 şagird iştirak edib. Nəticələrə əsasən, 59 şagird finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşüb. 842 məktəbli isə 50-80 faiz aralığında nəticə göstərərək olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görülüb.

Qeyd edək ki, olimpiadanın final turunun nəticələri artıq məktəblərə göndərilib. Nəticələrlə bağlı narazılığı olan şagirdlər BŞTİ-də mayın 20-dək fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

BŞTİ-nin və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilib.

Olimpiadanın təşkilinin əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan maraqlarını artırmaqdır.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun