Bakı Ali Neft Məktəbinin tələbələri Microsoft Imagine Cup turnirində

18 2017 [14:42] - YouthPortal.Az

Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi tələbə komandası Microsoft Imagine Cup 2017 beynəlxalq texnologiya müsabiqəsinin növbəti mərhələsinə qatılıb. Müsabiqə mayın 17-dən 19-dək Kiyevdə keçirilir. Müsabiqənin son ümumdünya finalı isə bu ilin iyulunda Sietlda (ABŞ) təşkil olunacaq. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcəklər.

BANM-dən bildiriblər ki, müsabiqədə iştirak etmək üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən Microsoft Windows platformaları üzərində orijinal oyun hazırlamaq lazım olub. Belə ki, BANM-in tələbələri JABDA musiqi manipulyatoru sistemini hazırlayıblar. Neftçi komandasının üzvü, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbəsi Şamil Ömərovun sözlərinə görə, innovativ proqramdan bir sıra sahələrdə faydalanmaq olar. O deyib: Gündəlik həyatımızda müxtəlif ictimai yerlərdə, ticarət mərkəzlərində və s. oluruq. Lakin orada çalınan musiqilərə dəyişiklik etmək imkanımız olmur. JABDAnın köməyi ilə bu sistemin quraşdırıldığı yerlərdə istifadəçilər tətbiqetməni yükləyərək, öz telefonlarından istədiyi mahnıları olduqları məkanın hazırki musiqi siyahısına sala və ya sıradakı digər mahnıya səs verərək onu siyahıda irəli çəkə bilərlər.

Qeyd edək ki, müsabiqədə Neftçi komandasının tərkibində çıxış edən BANM-in tələbələri Kərim Kərimov, Şamil Ömərov, Lalə Məmmədova Microsoft Imagine Cup 2017 milli final mərhələsinin qalibi olublar.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun