Müəllimlərin işə qəbulu və yer dəyişməsi ilə bağlı qaydalar açıqlanıb

17 мая 2017 [16:52] - YouthPortal.Az

YouthPortal AZƏRTAC-a istinadən xəbər verir ki, əgər müəllim test imtahanından sonra müvafiq keçid balı toplayıb işlə təmin olunmursa, imtahandakı toplanan bal bir il qüvvədə saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq.

Bunu mayın 17-də jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov deyib.

E.Bağırov qeyd edib ki, həmin namizədlər test imtahanından azad olunaraq vakansiya seçmək mərhələsinə buraxılacaqlar. O deyib “Yeniliklərdən biri də bəzi müəssisələrə müsabiqədənkənar müəllim işə qəbul etmək hüququnun verilməsidir. Bu müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədirlər. Həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsalar da, namizədin təyinatını nazirliklə razılaşdırımalıdırlar".

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
 

Bizə qoşulun