Milli Şuranın növbəti məlumat turu Dövlət Neft Fondunda olub (FOTO)

17 2017 [14:50] - YouthPortal.Az

15 may tarixində  Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasında baş tutub. Məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Məlumat turu zamanı iştirakçılar Fondun inzibati binası və muzey ilə tanış olmuş və Fondun fəaliyyəti haqqında məlumat əldə ediblər. Neft Fondunun fəaliyyəti haqqında edilən təqdimat vasitəsi ilə iştirakçılar Fondun missiyası, məqsədləri, strukturu, fəaliyyət mexanizmi, investisiya siyasəti, maliyyələşdirdiyi layihələr, Azərbaycan iqtisadiyyatında rolu və eləcə də şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlər  haqqında məlumat əldə ediblər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov: Ümumiyyətlə Neft Fondu haqqında bu günə qədər ətraflı məlumatımız yox idi. Lakin məlumat turu sayəsində Fond haqqında ətraflı məlumat əldə etdik, onun fəaliyyəti və strukturu ilə yaxından tanış olduq. Bunun üçün Milli Şuraya və onun kollektivinə təşəkkürümüzü bildiririk.

Məlumat üçün qeyd edək ki, Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. Neft Fondun əsas vəzifələri  ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması və qeyri neft sektorunun inkişafının təmin edilməsi, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, neft və qazın satışından əladə olunan gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasıdır.

Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi,Quba Soyqırım Memorial Kompleksi, Sağlam Ailə klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı ASAN xidmət mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, Azərkosmos Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və Təmiz Şəhər ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Dövlət Neft Shirkəti (SOCAR), Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC və İqsadiyyat Nazirliyinə məlumat turları təşkil olunub.









 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun