Avtoqəzada Sumqayıt Dövlət Universitetinin tələbələri həlak olub

9 2017 [13:30] - YouthPortal.Az

Bakı-Sumqayıt yolunda baş vermiş ciddi qəza nəticəsində 5 nəfər gənc (iki qız və üç oğlan) həlak olub. Ümumiyyətlə, bu qəzada 20-dən artıq insan zərər çəkib.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov bildirib ki, bu qəza ilə əlaqədar klinikaya 17 nəfər müraciət edib. Müxtəlif dərəcəli zədə almış şəxslər travmatologiya bölməsinə, 6 nəfər isə neyrocərahiyyə bölməsinə yerləşdirilib. İki tələbə hazırda reanimasiyadadır. Onların vəziyyəti ağır, lakin sabitdir. Daha üç nəfərə ambulator yardım göstəriləndən sonra onlar evə buraxılıb. Respublika Səhiyyə Nazirliyinin mütəxəssislərindən ibarət briqada da Sumqayıt həkimlərinə kömək edir.

İlkin məlumata görə, yol-nəqliyyat hadisəsi martın 9-da səhər Bakı-Sumqayıt yolunda Masazır qəsəbəsinə girişin yanındakı körpüdə baş verib. Yol-nəqliyyat hadisəsində Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələrini daşıyan Ford Tranzit markalı avtobus və kərpiclə dolu yük avtomobili toqquşub. SDU-nun Fizika və elektroenergetika fakültəsinin üçüncü kursunda təhsil alan iki tələbə - İbrahim Quliyev və İbrahim Nəsibov hadisə yerində həlak olub. Klinik tibb mərkəzindən verilən məlumata görə, bu klinikaya çatdırılmış üç tələbə - Çinarə Quliyeva, Roza Muradova və Rəşad Canıyev həlak olub, mikroavtobusun sərnişinlərindən daha iki nəfərinin vəziyyəti ağırdır.

Avtoqəzanın səbəbləri araşdırılır.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun