Gənc rəssam Tamilla Gasanovanın “Gözəlliyin bir anı”

16 декабря 2016 [11:13] - YouthPortal.Az

16 – 20 dekabr tarixlərində Muzey Mərkəzinin İncəsənət Qalereyasında gənc rəssam Tamilla Gasanovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi keçiriləcəkdir.

Tədbir ərəfəsində Tamilla bizimlə rəsm əsərləri və yaradıcılıq haqqında fikirləri ilə bölüşdü.

 Bu mənim ilk solo sərgimdir. Mən bir rəssam kimi Azərbaycanda özümü ifadə etmək, ölkənin sənət aləminə qoşulmaq, auditoriyanın işlərimi necə qəbul etdiyini görmək, onların necə və nəyi xoşladıqlarını və xoşlamadıqlarını, işlərimin onlarda nə cür hisslər və emosiyalar yaratdığını bilmək istəyirəm. Hər bir halda ayrı-ayrı rəsmlərə nəzər saldıqda bu baş vermir, lakin əgər sərgi təşkil edilirsə, bu barədə müəyyən fikirlər, istiqamət yaranır ki, bunun nəticəsində tamaşaçı bir rəsmdən digərinə keçir və bu, öz-özlüyündə maraqlıdır. Bu səbəbdən, tamaşaçıların həm müsbət, həm də mənfi təəssüratları maraqlıdır.
Mən müxtəlif fikirləri dinləmək istəyirəm, əks halda heç bir inkişafdan söhbət gedə bilməz.
İstərdim ki, insanlar mənim rəsmlərimi öz evlərinin divarlarından assın və rəsmlər onlara sevinc duyğuları bəxş etsin.

- Rəsmlərin təbiət ilə ahəngi haqqında nə danışa bilərsiniz?

Təbiəti dəlicəsinə sevirəm, o məni qüvvətləndirir, heyran edir və ilhamlandırır.
Bu gözəlliyin heç olmasa hər hansı bir hissəsini təsvir etmək istəyirəm.

- Bu cür gözəl əsərlərin yaranmasının bədii prosesi necə baş verir, obrazlar haradan götürülür?

Adətən ideyalarım uzun müddət ərzində formalaşmır, bu daha çox bir anda baş verən qığılcım nəticəsində yaranır. Qığılcımı tutmağa və təsvir etməyə çalışır, məntiqi düşüncə isə artıq proses zamanı cəlb olunur və nəticədə daha maraqlı və daha yaxşı fikirlər meydana gəlir və onu təkmilləşdirməyə çalışma imkanları mövcud olur. Bu səbəbdən, yerinə yetirdiyim proses aşağıdakılardan ibarətdir: ilk olaraq impuls yaranır, daha sonra ideya formalaşır və nəticədə proses özü həyata keçirilir. Öz bacarıqlarım vasitəsi ilə təcrübələr aparır və nəticədən məmnun oluram. Doğrusunu desəm, ilk cəhddə olmasa da, onu görürəm və bu, məni sevindirir. Anlayıram ki, öhdəsindən gəldiyim bu və ya digər işlər mənim peşəkar bacarıqlarım çərçivəsində mümkün olur. Natürmortlara gəldikdə isə, maraqlı predmetlərin yaradılması prosesi və işıqla oynamaq üçün böyük imkanlar mənim üçün maraqlıdır. O, özlüyündə müəyyən məna kəsb edir və təbiətin bir hissəsini təşkil edir. Hər zaman natürmortda təbiətin hər hansı bir hissəsini təsvir etmək istəyirəm.
Narın, heyvanın plastikasını təsvir etmək, fakturasını nümayiş etdirmək, formasını vurğulamaq xoş bir haldır.
Ümumiyyətlə, mənim üçün rəngin plastik imkanları çox əhəmiyyətlidir.
Bu istiqamətdə aparılan axtarışlar və təcrübələr məndə xüsusi maraq doğurur.

- Uzun illər Moskva şəhərində yaşamışınız. Lakin əsərlərinizdə şərq dəsti-xətti, Azərbaycan koloriti hiss olunur. Bu detalları izləyiciyə çatdırmaq çətin olmur sizə?

Mənim üçün Azərbaycan koloriti parlaqlıq, detallar, rəngin və mühitin şirinliyi və ya hər hansı ətir deməkdir.
Onlar məndə azərbaycanlılıq ruhunu yaradır və hiss edirəm ki, təsvir etdiyim istiqamətlər dəyişməyə başlayır. Moskvada yaşadığım zaman, fərqli şəkildə təsvir fikirlərinə malik idim, indi isə parlaq şəkildə çalışır və mühitin təsirinin olduğunu duyuram.

Qeyd edək ki, Sərgi 16 – 20 dekabr 2016-cı il, Muzey Mərkəzi, İncəsənət Qalereyasında keçiriləcəkdir.
Sərginin təntənəli açılış mərasimi: 16 dekabr 19:00-da, Dəyirmi Salon
16 dekabr giriş dəvətnamə ilədir
Sərginin iş saatları: 17 – 20 dekabr, saat 10:00-dan 18:00-dək.
Ünvan: Bakı şəh., Neftçilər pr. 49, Muzey Mərkəzi, 
Tel.: +994 12 4935883, 4937287
e-mail: museum@museumcenter.az
www.museumcenter.az










 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun