Zəifini bilməsən, güclünü daha möhkəm etmək çətin olacaq - RƏY

14 2016 [14:21] - YouthPortal.Az

Səmayə Məmmədova, Gənclər və İdman Nazirliyinin mətbuat katibi

SWOT və ya güclənmək mexanizmi

Uşaqlıq illərindən evdə valideynlərimiz, məktəbdə isə müəllimlərimiz tərəfindən tez-tez eşitdiyimiz bir ifadə var: “Öz üzərində dayanmadan işlə. İşlə ki, güclənəsən, möhkəmlənəsən. Həyatda və çalışdığın işdə əsl peşəkar, mütəxəssis olasan.” Düzü, tutduğu peşəsindən asılı olmayaraq, daim eyni mövqedə dayanan, eyni işi görən və evə getmək üçün sadəcə axşam saat 6-nı gözləyən insanları heç vaxt başa düşməmişəm. Çünki, mənim aləmimdə insan özü üçün bir neçə, minimum 5 ilin planını cızmalı və bu istiqamətdə dayanmadan işləyib, mütaliə edib, yeniliklər əldə edərək, onun realizəsinə doğru addımlamalıdır. Qısacası, insan məqsədyönlü və uzaqgörən olmaldır desəm yanılmaram. Amma özünü realizəyə doğru gedən yolda nəzərə alınmalı olan bir əsas məqam var: zəif və güclü tərəflər. İnsan özünün nəyə qadi olduğunu, potensial imkanlarını bilməlidir ki, piramidanı yuxarıdan aşağı yox, aşağıdan yuxarı qura bilsin.

Əslində bu gün mən insanın karyera imkanlarının gücləndirilməsi baxımından hansı addımları atılmalı olduğu haqda danışmayacam. Mən həyata keçirdiyimiz layihələrin, çalışdığımız şirkətin güclü və zəif tərəflərinin tapılması və bunun əsasında əldə edə biləcəyimiz şansları, eyni zamanda qarşılaşa biləcəyimiz maneələri aradan qaldırmaq istiqamətində görə biləcəyimiz işlər haqda danışacam. Yəni, mən bu gün SWOT-dan danışacam.

SWOT -S (Strengths- layihənin və ya şirkətin güclü tərəfləri), W (Weaknesses- layihənin və ya şirkətin zəif tərəfləri), O (Opportunities-layihə nəticəsində əldə oluna biləcək imkanlar), T (Threats- layihə əsnasında şirkət və ya layihə üçün yarana biləcək təhlükə . Hərfi tərcümə- qorxu)

SWOT-a aparan yol

SWOT-a aparan yol ilk növbədə düzgün və dərindən qurulmuş analiz və tədqiqatdan keçir. Əslində bu səpkili yazıların yazılması maraqlı olduğu qədər, eyni zamanda da məsuliyyətlidir. Çünki, PR mütəxəssisləri çox gözəl bilir ki, bu izahatların hər biri təcrübəyə əsaslanmalı və nəzəriyyə ilə bir-birini tamamlamalıdır.

Elə isə, üzərindən 7 il keçmiş və 2009-cu ildə ölkəmizdə ilk dəfə olaraq keçirilən Yeniyetmələrin Vİ Beynəlxalq Elm Olimpiadasına hazırlıq və bu olimpiada çərçivəsində həyata keçirilmiş tədbirlər planına nəzər salaq. Ölkəmizdə bu səpkili layihənin ilk dəfə olaraq keçirilməsi həm maraqlı, həm də önəmli, eyni zamanda məsuliyyətli idi.

Mövzunun öyrənilməsi

10 gün davam edəcək Yeniyetmələrin Vİ Beynəlxalq Elm Olimpiadası elmin bünövrəsi sayılan 3 əsas: fizika, kimya və biologiya fənləri üzrə keçirilən bu olimpiada ətrafına 49 ölkədən 600-dan artıq tələbə və onların müəllimlərini toplayacaqdı.

Olimpiadanın loqosunun əsasını bütün türk dünyası, Şərqi-Asiya ölkələrinə çox yaxşı tanış olan və özündə alovun dilini, gülü, həyatın başlanğıcını, yüksəlişə olan qüvvə, dəyişikliyi cəm edən Buta simvolu təşkil edir.

Tədbir Azərbaycan Hökuməti,Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad), Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir. Tədbirə sədrliyi ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva edəcək. Əvvəlki 5 olimpiada İndoneziya (2004, 2005-ci il), Brazilya (2006-ci il), Tayvan (2007-ci), Koreyada (2008-ci) keçirilib. Olimpiadaya hazırlıq məqsədi ilə artıq Təhsil və Elm Komitələri, eyni zamanda, Olimpiadanın keçirilməsinə məsul qurumların nümayəndələrinin iştirakı ilə İşçi qrupu yaradılıb.

Qeyd edək ki, Olimpiadanin Elmi Komitəsinə Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Təşkilat Komitəsinə isə gənclər və idman naziriAzad Rəhimovrəhbərlik edir. Olimpiadanın işçi qərargahı bu ilin martından fəaliyyətə başlayıb. Olimpiada zamanı veriləcək suallara gəldikdə isə milli mütəxəssilərin iştirakı ilə fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment/təcrübə tapşırıqları hazırlanıb. Təcrübə üçün avadanlıq xarici ölkələrin şirkətlərində sifariş edilib. Olimpiada zamanı ölkəmizə təşrif buyuracaq tələbələr, onların müəllimləri (liderləri), müşahidəçilər üçün Azərbaycan tarixi və mədəniyyəti ilə tanışlıq üçün xüsusi proqramlar hazırlanıb. Qonaqların müşahidəsi üçün 100-dək könüllü müəyyənləşdirilib və onlar üçün əlavə hazırlıq təlimləri keçirilib.

I mərhələ : Analiz

Layihənin dünya miqyasında önəmi və layihəyə maraq

Azərbaycanın bu layihədə rolu

Bu olimpiada iştirakçılara nə verəcək?

Bundan öncəki olimpiadaların keçirilmə səviyyəsinin analiz olunması və Azərbaycanda baş tutacaq olimpiadada ediləcək yeniliklər

Olmipiadaya qatılacaq ölkələr

Olimpiadaya qatılacaq tələbə və müəllimlər

Hazırlanan sualların səviyyəsi

Ölkəyə təşrif buyuracaq iştirakçı və müəllimlər üçün hazırlanmış proqram və s

1-ci mərhələ PR mütəxəssisləri tərəfindən eyni zamanda Yaradıcı axtarış da adlandırılır. Bu analizin əsas məqsədi, mövzunu bütün detalları ilə öyrənmək, önəm kəsb edən Nə?, Harada?, Nə vaxt?, Necə?, Niyə?, Kim? suallarına cavab tapmaqdır. Bu bölümdə nəyin doğru, nəyin isə yalnış getdiyni anlamaqla, problemləri ilkin mərhələdə aradan qaldırmaq mümkün olur. Burada olimpiadanın önəmini müəyyən etməklə, media palnını rahat şəkildə hazırlamaq olar.

II mərhələ: Strategiya

Məqsəd və amalın özün üçün aşkar edilməsi

Tərəfdaşların və əməkdaşlıq edəcəyimiz insanların müəyyən olunması

Layihənin Mediaya çatdırılması baxımından resursların işlənib hazırlanması

Olimpiada boyunca ictimaiyyətə çatdırılacaq mövzuların müəyyən edilməsi

Ümumi strategiya və yanaşmanın aydınlaşdırılması

Və ya, Proqram axtarışı mərhələsi. Bu mərhələ olimpiadanın necə deyərlər, yüz ölçülüb bir biçilməsi və məlumatlı şəkildə işlənib hazırlanmasına yönəldilib. Strategiyanın əsas məqsədi 3 suala cavab verməkdir: Kim?, Necə? və Nə? Məsələn, 2 dekabr 2009-cu il tarixdən başlayan və ölkəmizdə 10 gün ərzində davam edəcək olmpiada əsasən kimlərlə çalışıb, kiminlə tərəf müqabili olacam? Onlarla necə əlaqə quracam? Əsasən ünsiyyətdə olacağım şəxslər kimlər olacaq? Olimpiada ilə bağlı keçirilən tədbirlər planında əsas detallar hansılardı və onları tamaşaçı, iştirakçı auditaroyası, eyni zamanda media nümayəndələrinə necə çatdıracam və s

III mərhələ- İcra

Taktiki proqram (detallı proqram)

Vaxt bölgüsü

Resurslar

İcra və ya monitrorinq araşdırması mərhələsi, layihənin relslər üzərində nə qədər düzgün şəkildə hərəkət etməsi kimi də ölçülə bilər. Bu bölümün əsas sualları: Nə? və Necə? dir. Daha çox detallar tələb edəb bu mərhələdə mən, 10 günlük olimpiada ilə bağlı brifinq və mətbuat konfranslarının keçirilməsini, gündəlik məlumatların mətbuata ötürülməsini, gündəlik bülletenin çap olunmasını, müsahbə verəcək şəxslərin siyahısının hazırlanmasını, foto və video turların təşkil olunması, tələbə və müəllimlərdən rəylərin alınması və s işləməli idim. Lakin, startegiya ilə müqayisədə burada hər bir nüans detallı şəkildə işlənilməlidir. Bundan öncəki yazıda haqqında danışdığıçızı Gantt cədvəli məhz bu bölümdə yerinə düşür.

IV mərhələ- Qiymətləndirmə

Lyihənin ümümi qiymətləndirilməsi

Məhz layihənin yuxarıda qeyd olunan mərhələlər üzrə düzgün şəkildə işlənib analiz olunması, demək olar ki, işin çox böyük hissəsinin görüldüyünə zamin yaratmış olur.

Bu mərhələ məqsədə nə qədər çatıb çatmadığımızı müəyyən etmək üçün önəm daşıyır. Burada verilən əsas suallar: Nə? və Nə üçün?. Biz nəyə nail olduq? Nəyi düz, nəyi yalnış etdik və bundan nə nəticə çıxardıq? Nə üçün hansısa məqam yaxşı, hansısa məqamda zəif oldu?


Strengths-güclü tərəflər

- Tədbirə sədrliyi ölkənin 1-ci xanımı Mehriban Əliyeva edir


-Olimpiyada beynəlxalq səviyyədə keçirilir


- 49 ölkədən 600-dən artıq tələbə və onların müəllimləri qatılır


- Olimpiadanin Elmi Komitəsinə Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Təşkilat Komitəsinə isə gənclər və idman naziri Azad Rəhimovdur


Weaknesses- zəif tərəflər


Layihənin ölkədə ilk dəfə keçirilməsini nəzər alaraq müəyyən böşluqlar və çatışmamaqlıqlar ola bilərdi


Ölkəmizdə keçirilən Beynəlxalq Elm Olimpiadası üçün lazımi infrastrukturun olmaması


Həm öz sahəsi üzrə mütəxəssis, eyni zamanda dil biliklərinə malik müəllim potensialının zəif olması


Akademik və professor heyətinin məktəb proqramından bir qədər uzaq olması


Opportunities- əldə oluna biləcək imkanlar


Beynəlxalq təcrübəyə əsaslanaraq fizika, kimya və biologiya fənləri üzrə yeniliklərin əldə olunması və təhsil sistemində əlavələrin edilmsi imkanı


Bu fənlər üzrə seçilən bacarıqlı Azərbaycanlı yeniyetmələrin beynəlxalq müstəvidə təqdim olunması


Threats-qorxu


Təhsil sisteminin 49 ölkədə fərqli olmasından irəli gələrək sualların hazırlanmasında fikir ayrılığı


Kimyəvi prosedurların aparılması zamanl baş verə biləcək hər hansı təhlükəli hadisə


Sualların müəəlimlər tərəfindən tələbələrə sızma ehtimalı

(PS: Məhz bu Olimpiadadan sonra Gənclər və idman nazirliyi əldə etdiyi təcrübəyə əsaslanaraq ölkəmizdə bir sıra Elm Olimpiadalarını yüksək səviyyədə keçirdi. Olimpiadaya qatılan gənclər isə öz bilik və bacarıqları ilə seçilməklə bərabər, təhsil sahəsində böyük uğurlar qazanıb, bir sıra layihələrə müvəffəqitlə qatıldılar.)


Təqdim etdiyim bu SWOT əslində mövzunu daha detallı və dəqiqliyi ilə anlamaq üçün bir nümunə idi. Dahilərdən birinin dediyi kimi, güc müdafiə zamanı deyil, hücum zamanı bilinir. Elə isə qoy SWOT-unuz güclü olsun.

Apa.az



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun