BMT Modeli məktəbi Azərbaycan gənclərinin diplomatiya bacarıqlarını artırır - Azər Abasəliyev

17 2015 [17:31] - YouthPortal.Az

10 – 14 avqust 2015-ci il tarixlərində Daşkəsən rayonunda yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində BMT Modeli Yay Məktəbi keçirilib. Azərbaycanın müxtəlif ali məktəblərindən 80 nəfər iştirakçının qoşulduğu Yay Məktəbinin əsas məqsədi gənclərin beynəlxalq münasibətlər və diplomatiyaya marağının dəstəklənməsi, gənc diplomatların təcrübə qazanması və BMT strukturlarının işi ilə daha yaxından tanış olmaq idi.

“Qlobal müzakirələrdə gənclərin fəal iştirakinın dəstəklənməsi üçün yeni əsasların yaradılması” layihəsinin asistenti Azər Abasəliyev bu layihənin gənclər üçün əhəmiyyəti barədə youthportal.az müxbirinin suallarını cavablandırıb.

Azər müəllim, BMT Modeli Yay məktəbi layihəsinin təşəbbüşçüsü kimdir?

Bu Yay məktəbi bir layihə çərçivəsində keçirilir və bu layihə "Global müzakirələrdə gənclərin fəal iştirakını artırmaq və dəstəkləmək üçün yeni əsasların yaradılması" adlanır. Bu layihə Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf programının Azərbaycan ofisinin birgə layihəsidir, 2014-cü ildən qüvvədədir və bir sıra istiqamətləri var. İstiqamətlərdən biri də Azərbaycanda BMT modelinin genişləndirilməsi, BMT modelinə marağınartırılmasıdır. Çünki ölkəmiz beynəlxalq münasibətlərə sırf bağlı olan bir ölkədir və ona görə də bu layihə BMT modelinin həyata keçirilməsi ilə məşğul olur. Ona görə Daşkəsəndə yerləşən Gənclərin Təlim və İstirahət mərkəzinin gözəl imkanlarından istifadə edərək, burada BMT Modeli ilə maraqlanan gənclər üçün Yay məktəbi keçirmək qərarına gəldik.

Azərbaycanda bu formatda belə bir layihə ilk dəfə keçirilir?

Ümumiyyətlə, BMT modeli Azərbaycanın bəzi universitetlərində lokal səviyyədə kecirilib. Lakin ilk dəfə olaraq 2013-cü ilin oktyabr ayında Gənclər və İdman Nazirliyi və BMT İnkişaf proqramının dəstəyi ilə Bakida BMT Təhlükəsizlik şurasının simulasiyası keçirildi. Həmin dövr oktyabr ayında Azərbaycan Təhlükəsizlik şurasının üzvü idi və Təhlükəsizlik şurasına rəhbərlik edirdi və bu anı qeyd etmək üçün biz qərara gəldik ki Təhlükəsizlik şurasında olan 15 ölkədən iştirakçıları dəvət edək. Onlar gəldilər və tədbirdə iştirak etdilər. Məhz həmin vaxt BMT Modeli yüksək səviyyədə keçirildi. Bundan sonra artıq yenidən universitet səviyyəsində və müəyyən kiçik formatda keçirilib. Hal-hazırda biz planlaşdırırıq ki, "Mill MUN", yəni ölkə səviyyəsində Milli BMT Modeli konfransı keçirək.

Tələbələr arasında Yay məktəbində iştirak ücün tələbə seçimi necə keçirilir?

Biz tələbə seçərkən onların əsasən xarici dil biliklərinə və beynəlxalq münasibətlər sahəsinə maraqlarına fikir veririk, çünki BMT Modelinin dili İnglis dilidir. Onların universitetlərdə beynəlxalq münasibətlər üzrə tədris alması bizim üçün şərt deyil, əsasən tələbələrin bu sahəyə marağının və həvəsinin olmasıdır. Bizinseçdiyimiz və gələcəkdə uğurlu fəaliyyətinə ümid bəslədiyimiz tələbələri seçmişik və onlar 11-ə yaxın müxtəlif universitetləri təmsil edirlər. Onların arasında həm müxtəlif kurslarda bakalavr səviyyəsində, həm magistr səviyyəsində təhsil alan tələbələr, həm də 3 nəfər məktəbli var.

Azərbaycanda gələcəkdə belə proqramların BMT tərəfindən keçirilməsi gözlənilirmi?

Ümumiyyətlə qeyd etdiyim kimi, BMT Modeli hal-hazırda maraq doğurur. Çünkü Azərbaycanın bu sahəyə boyük ehtiyacı var. Yəni beynəlxalq münasibətlərsahəsi cox vacib bir sahədir və hal-hazırda müxtəlif universitetlərdə bu layihə çərçivəsində BMT Modeli klubları yaradılır. Biz ümid edirik ki, bu qruplar yaradıldıqdan sonra onlar həm öz aralarında müəyyən münasibətlər quracaq, həm da BMT Modeli hərəkatının Azərbaycanda genişlənməsinə və böyük vüsət almasına öz tövhələrini verəcəklər.

Başqa hansı programların həyata keçirilməsi gözlənilir?

Qeyd etdiyim kimi, Gənclər və İdman Nazirliyi və BMT-nin həyata keçirdiyi bu layihə çərçivəsində növbəti addımlardan biri - ən əsası milli səviyyədə BMT Modeli konfransının keçirilməsidir ki, bu da daha böyük ərazi, daha böyük sayda iştirakçi, daha böyük sayda komitə, mövzu, daha yüksək dərəcədə olacaq. Sonra gələcək planımızda Azərbaycan daxilində beynəlxalq səviyyədə BMT Modeli konfransının keçirilməsidir. Çünki bir sıra universitetlərin, məsələn, Romanın, Viyananın, Oxfordun, Harvordun universitetləri və ya şəhərlərin təcrübəsi var ki, onlar öz keçirdikləri tədbiri bir dünya brendinə çeviriblər. Biz də ümid edirik ki, bizim bu fəaliyyətimiz nəticəsində, yəni Bakıda keçirilməsi gözlənilən "Bakı MUN" beynəlxalq səviyyəyə - "Beynəlxalq MUN"a çatıb, öz layıqli yerini tuta bilsin.

Siz Azərbaycan gənclərinə nə tövsiyyə edərdiniz?

Mən bu tədbirin gedişi zamanı bir sıra gənc insanlari müşahidə etdim. Onlara bir qədər ümumi dünya görüşünü artırmaq, dünyada gedən proseslərdən xəbərdar olmaq, və baş verənlərə adekvat fikir formalaşdıra bilməyi, və şablon kimi səslənsə də, kitab oxumağı məsləhət görərdim, cünki fikrimcə, hər kəsin bir fərd kimi fikrinin formalaşması üçün müəyyən resurslardan istifadə etməsi vacibdir. Məsləhət görərdim ki, öz üzərilərində çalışsınlar, xüsusi ilə inglis dilində, çünki ingilis dilində müəyyən qədər bəzi çətinliklər var və beynəlxalq arenaya çıxmaq istəyən hər bir gənc hökmən ingilis dilini bilməlidir.



Əlövsət Abdullayev











 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun