Azər Məhərrəmov: Bizim əsas vəzifələrimizdən biri triatlonu Azərbaycanda daha da populyarlaşdırmaqdır

5 2014 [00:00] - YouthPortal.Az



Azərbaycanın Triatlon Federasiyası (ATF) fəaliyyətinin 10 ayı dövründə bir sıra nailiyyətlər əldə edib. Gənclər və İdman nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinin tövsiyəsilə yaradılan bu qurum hazırda Beynəlxalq və Avropa Ittifaqlarında ən fəallardan biridir. Yığmanın idmançıları bir neçə iri reytingli yarışlarda mükafatlar qazanıb, yeniyetmələrdən ibarət komanda isə ilk beynəlxalq turnirdə ilk sınağını həyata keçirib. Ən yaxın prioritet – 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına əsaslı hazırlaşmaqdır. Proqramına triatlonun da daxil olduğu bu Oyunlarda habelə 2016-cı il Olimpiadasına lisenziyalar qazanmaq şansı verilir. Azərbaycan triatlonunun hazırki vəziyyəti, ilk uğurlar və gələcək planlar barədə ATF direktoru Azər MƏHƏRRƏMOV bölüşüb.

-Son aylar Azərbaycan triatlon komandası üçün çox zəngin olub. Yəqin ki, ilk nailiyyətlər haqda açıqlama vermək vaxtıdır...

- Doğrudan da milli Triatlon Federasiyasının yaranmasından az vaxt keçsə də, bu vaxt ərzində əldə olunan nailiyyətlər haqda bu gün artıq mümkündür danışmaq. Və 10 ay ötdükdən sonra tam əminliklə demək olar ki, bizdə iki komanda mövcuddur yığma və yeniyetmələrdən ibarət. Birinciyə indiyədək cəmi 3 idmançı daxil idi Rostislav Pevtsov, Kseniya Levkovskaya və Aleksandr Yatsenko, amma bugünlərdə onların sırasına daha bir azərbaycanli idmançı qoşuldu Zaur Arkaniya. İlk üçlük çoxlu sayda təlim-məşq toplantılarında iştirak edib, beynəlxalq startlatrda öz mövqelərini bərkidib. Yığma sezona Kaliforniyada açılış etdi. Burada idmançılar hazırlıq görməklə yanaşı Klermont şəhərində Panamerika Kubokunda iştirak etdi ki, bu yarışda R.Pevtsov 7-c i nəticəni göstərdi. İlk beynəlxalq uğur isə komandaya Meksikada, La-Pas şəhərindəki Panamerika Kubokunda elə R.Pevtsovun timsalında gəldi. Burada idmançımız 2-ci yeri tutdu. Bu nailiyyət bizdə qürur hissi doğurur, çünki bu, Gənclər və İdman nazirliyi ilə Milli Olimpiya Komitəsinin zəhməti və əməyi nəticəsində əldə olunan nəticədir.

-Hadisələrin inkişafı onu göstərdi ki, bu, komanda üçün uğurları davam etdirmək üçün əsaslı zəmin olub. Elə deyilmi?

-Tamamilə düzdür. Kaliforniyadakı təlim-məşq toplanışlarından sonra yığma, hazırlığı davam etdirmək üçün Kiprə yola düşdü. Larnakadakı toplanışlar çox önəmli idi. Ən azından ona görə ki, burada qitənin ən öndəgedən idmançıları bir araya gələrək birgə məşqlər edirlər. Kiprdəki hazırlıqlar da öz bəhrəsini verdi. Çində Asiya Kubokunda. Burada Rostislav Pevtsov gümüş medal və xüsusi kuboku qazandı. Triatletin nailiyyətləri bizi sevindirməyə bilməz, çünki o, ən yüksək bacarıqlarını Azərbaycan yığmanın tərkibində nümayiş etdirir. Buna sübut olaraq idmançının beynəlxlaq yarışlar çərçivəsində ən mötəbər sayılan, Londonda keçirilən Dünya seriyası etapındakı nəticəsini də göstərmək olar. Sentyabr ayınadək Beynəlxalq Triatlon Federasiyasının (İTU) bayrağı altında çıxış edəcək Rostislav burada 16 idmançı arasında finişə 11-ci gəldi, özü də bu atletlər dünya triatlonunda adını təsdiqləmiş, olduqca peşəkar olan şəxslər idi. Belə bir ulduzlu komanda da 11-ci nəticə, R.Pevtsovun karyerasında ən yüksək nöqtə kimi qəbul etmək olar. Bu turnirdəki çıxışsan sonra müxtəlif ölkələrin Triatlon Federasiyalarının üzvləri bizi təbrik edirdilər, bu, sözsüz ki, bizim üçün çox xoş idi. Rostislav hələ ki, dünyanin birinci onluğunda yer almasa da, Azərbaycan yığmasının tərkibində xeyli nailiyyətlər əldə edə bilib. Bizim üçün bu, çox vacibdir, axı, Federasiyamız da beynəlxlaq arenada ilk addımlarını atır. Buna görə ümidvarıq ki, Pevtsov Bakıda təşkil olunacaq Avropa Oyunlarında da özünü göstərməyi bacaracaq və Olimpiada 2016-ya lisenziya uğrunda mübarizə aparacaq.

-Triatlonda idmançı bix çox vərdişlərə, xüsusiyyətlərə malik olmalıdır. Bura həm üzgüçülük, həm velosport, həm də qaçış daxildir. Bu dissiplinlərin xüsusiyyətləri nədən ibarətdir?

-Məlumdur ki, triatlon, disgər idman növlərilə yanaşı, çox bahalı idmandır. Bura həm velosiped qismində texnika, müxtəlif ehtiyyat hissələri, onların təmiri üçün xüsusi təchizat daxil olmaqla yanaşı, həm də idman geyimi, termokostyumlar daxildir. Bütün bunlar xarici ölkələrdən alınır, ən yaxşılarını əldə edirik ki, idmançıların xüsusi avadanlıq, idman alətləri, ekipirovka və s dair şikayətləri və sualları olmasın.

-Komandalara legionerlərin cəlb olunması bir çox ölkədə normal prosedir. Bu, xüsusən də dünya arenasında mövqelərini bərkitmək üçün yenicə addımlar atmağa başlayan Federasiyalar üçün önəmlidir. Məsələnin həlli variantını Siz nədə görürsünüz?

-Sirr deyil ki, idmanın inkişaf istiqamətlərindən biri də, ələlxüsus da, hər şey sıfrdan başlayırsa, bu da legionerlərin cəlb olunmasıdır. Biz bunu gizlətmirik də. Düzdü, gənc idmançılarla da işə başlamaq mümkündür, amma buna bəlkə də 10 il vaxt gedəcək. Bu zaman perspektivli gənc komanda ilə yanaşı biz triatlonda mövqelərini təqsiqləmiş şəxsləri dəvət ediriksə, bax bu, başqa məsələdir. Bir tərəfdən onlar bir növ püxtələşməkdə olan nəsil üçün mayak rolu oynayacaqlar, digər tərəfdən isə Azərbaycanın aktivinə ilk medallar gətirə bilərlər. Yəni triatlonun inkişafına idmanın bu növündə bizdən xeyli öndə gedən digər ölkələrdən cəlb edilmiş idmançılar olmadan başlamaq düzgün deyil.

-Yeniyetmələrdən ibarət komanda ilə vəziyyət nə yerdədir? Ən yaxın perspektivdə ən çox kimə bel bağlamaq olar?

-Ötən ilin sonunda biz yeniyetmələrdən ibarət komandanı formalaşdırdıq. Onun tərkibinə Nurlan Əliyev, Elmir Yusifov, Orxan Heydərli, Sahib Salahov və Denis Karçaşkin daxildir. Onlar yaxşıların yaxşısıdır. Bu idmançılar gözəl şəraiti olan Şağandakı Olimpiya kompleksində hər gün məşq edirlər. Orada hovuz da var, stadion da, eləcə də triatlon üçün əldə etdiyimiz müvafiq avadanklıq, o cümlədən də velosipedlər mövcuddur. Yəni idmançılarımızın məşqləri üçün bütün şərait yaradılıb ki, onlar öz yaşıdları arasında nəticələr əldə edə bilsinlər. Bununla yanaşı, komanda Mingəçevirdə, Avarçəkmə Federasiyasının bazasında məşqlər ediblər. Yeri gəlmişkən, bu Federasiyaya təşəkkürümüzü bildirmək istəyirəm. Elə isti və dost münasibətlərində olduğumuz Üzgüçülük, velosport və atletika Federasiyalarına da həmçinin. Təlim-məşq toplanışlarında birinci komandanın məşqçisi Sergey Yatsenko da iştirak edib. Bundan sonra biz gənclərimizi Antalyaya da apardıq ki, burada da atletlərimiz Avropa Kuboku çərçivəsində bir neçə tədbirdə iştirak etdilər. Aydın məsələdir ki, yeniyetmə idmançılarımız hələ ki, nə yaşları, nə də təcrübələrilə bu yarışda iştirak edə bilər, amma bu, onlar üçün əsl triatlonun necə olduğunu hiss etmək üçün böyük təkan idi. Axı, startla, üzgüçülükdən sonra velosipedlərə mindiyi terminalın, ən axırda isə qaçış distansiyasını qət etməsilə bağlı müxtəlif nüanslar mövcuddur. Amma bütün bunlar arasında ən maraqlısı Türkiyənin yeniyetmələrrdən ibarət yığması ilə birgə yarışlar idi ki, burada da bizim yeniyetmə triatletlərimiz öz bacarıqlarınəı sınaqdan keçirə bildilər.

-Bu turniri ümumilikdə necə səciyyəklənditrirsiniz?

-Bizi sevindirir ki, bir sıra yarışlarda iştirak etmiş idmançılarla yanaşı Nurlan Əliyev və Elmir Yusifov ilk onluğa daxil ola bildilər, aralarında nəticə etibarilə 1 saniyə fərq olmaqla. Trenerlər düzgün qərar veriblər, idmançılar da gələcəkdə daha vacib yarışlarda iştirak etmək üçün özlərini təqsdiqləyirlər. Yəni ki, bu, həmemosional və professional cəhətdən çox vacib yarışma idi həm də ona görə ki, çoxlu sayda türk azarkeşləri yolun kənarında dayanıb bizim idmançılarımıza pərəstiş edirdilər, triatletlərimiz üçün xoş şüarlar səsləndirir və komandamıza görə azarkeşlik edirdilər. Avropa Kuboku etapı çərçivəsində həm də yığmaların trener ştabı üçün seminar da keçirilmişdi. Bu seminarda yığmamızın Baş məşqçisi, dünya triatlonunda kifayət qədər tanınan Serfey Yatsenko da iştirak edirdi. Bu toplantını isə Türkiyə yığmasının rəhbəri Andrea Qabba aparırdı. Bu kurslar çox böyük əhəmiyyət kəsb edir. Triatlon veloidman, qaçış və üzgüçülüyün vəhdətidir. Burada həm enerjinin qənaəti mövcuddur, həm də elə məqamlar var ki, məşqçilər bir işləməlidir. Məhz bu seminarlar vasitəsilə tam anlamaq mümkündür əslində triatlon nədir, əks halda Krılovun məşhur təmsilində “Ququşu, xərçəng və Naqqabalığı” kimi olacaq.

-Triatlon barədə danışanda bu idman növünün də təmsil olunacağı Avropa Oyunları mövzusundan kənarda qalmaq mümkün deyil. Bu istiqamətdə hansı yeniliklər var, hansı məqamları açıqlaya bilərsiniz?

-Yəqin ki, ölkə rəhbərliyinin idman sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də məhz Bakıda belə mötəbər yarışların keçirilməsinə nail olmaqdır. Bəzən insanlar bu yarışların əhəmiyyətini tam dərk etmir. Anlamır bu, dünya səviyyəsində hansı dərəcədə əhəmiyyətlidir. Dünyada Olimpiada zirvədirsə, Avropada da bu oyunların əhəmiyyəti şəkksizdir. Daha bir əhəmiyyətli məqam ondan ibarətdir ki, bu, tarixdə ilk analoji yarış olacaq. Azərbaycanın hər il müxtəlif idman növləri üzrə yarışların keçirilməsinin öhdəsindən yüksək peşəkarlıqla gəlməsini nəzərə alaraq, artıq indidən əminliklə demək olar ki, bu Avropa Oyunları öz masştabı, qeyri-adiliyi, gözəlliyi, kütləviliyi ilə seçilməyi bacaracaq. Mən bunu tam əminliklə deyirəm, çünki bu istiqamətdə görülən səylər, bütün sahələrin sürətlə inkişafı göz qabağındadır. Avropa Oyulnlarının Təşkilati məsələləri üzrə bölməsi tam gücü ilə çalışır. Eyni zamanda biz Macarıstandan olan idman deleqatı Alpar Naqi ilə bir çalışırıq. Bu şəxs triatlon üzrə yarışlarda əlaqələndiricidir. İndi son marşrutla əlaqədar iş gedir, yəni bura start, könüllülərin yerləşdirilməsi, bu idman npvünün bütün nüansları nəzərə alınaraq müvafiq işlərin görülməsi üzərində proses gedir. Bildiyiniz kimi, triatlonda dissiplin üzgüçülüklə başlayır, daha sonra idmançılar 40 km məsafəni velosipeddə qət etməlidilər. Sözsüz ki, onların yolu bizim şəhərin ən görkənmli və gözəl yerlərindən salınacaq, ələlxüsus də Neftçilər prospektilə. Bütün bu yarış çox gözəl və möhtəşəm keçirilməlidir, çünki bütün dünyada onu televiziya ilə milyonlarla tamaşaçı izləyəcək. Azərbaycan ev sahibi qismində 4 idmançı üçün yerə malikdir (iki qadın, iki kişi idmançı). Yəni müəyyən texniki məsələlər qalır ki, biz də onları tam həll etmək məqsədilə Əməliyyat Komitəsilə (BEGOC) daim sız təmasda oluruq.

-Yəqin ki, Avropa Oyunları 2016-cı il Olimpiadasını nəzərə alar bizim triatletlər üçün bir növ həm də keçid rolunu oynayacaq.

-Sözsüz. O da nəzərə alınsa ki, Bakıdakı Oyunların nəticəsinə görə Rio-2016 Olimpiadasına lisenziya veriləcək. Bütün bu, ondan xəbər verir ki, Bakıya qitənin ən titullu və ən adlı-sanlı idmançıları təşrif buyuracaqlar. Axı Avropa Oyunları Olimpiada-2016.ya tramplindir. Özü də indi kvalifikasion sikl başlayıb, burada idmançılar müxtəlif turnirlərdə Braziliyaya getmək üçün xallar toplayır. Buna görə də, R.Pevtsovun hələ Bakı yarışlarından əvvəl Olimpiadaya getmək üçün xal qazanması istisna deyil. Ondan başqa, yığmanın tərkibində özünü göstərməyi bacaranlar Kseniya Levkovskaya, eləcə də Filippində keçirilmiş Asiya Kubokunda 7-ci yeri qazanan Aleksandr Yatsenkodir.

-Yəqin ki, triatlonun Azərbaycanda populyarlaşdırılması üçün istifadə edilən yollaardan biri də sosial şəbəkələrdi?

-Bizim mətbuat xidmətimiz çox fəl işləyir, bütün son xəbərlər isə ən qısa vaxta ilk növbədə Federasiyanın rəsmi saytında triathlon.az ünvanında yerləşdirilir. Bununla yanaşı Feysbukda aktov səhifəmiz var - Triathlon Azerbaijan, onun vasitəsilə biz ünsiyyət qururuq, şərhlər oxuyuruq, müxtəlif müraciətlər əldə eləyirik, digər idman saytları ilə əməkdaşlıq qururuq ki, onların da oxucuları Azərbaycanda yeni idman növləri barədə məlumatlara xüsusi maraq göstərirlər. Axı, triatlon Olimpiya proqramına daxildir, Bakıda keçiriləcək Avropa Oyunlarının da həmçinin. Hesab edirik ki, Rio-2016 Olimpiadasına lisenziyalar uğrunda layiqli mübarizə aparmağa qadirik. Bir sözlə, sosial şəbəkələr böyük rol oynayırlar, hər halda, onların vasitəsilə biz ən çətin işlərdən birinin yerinə yetirilməsinə başlayacayıq. Bu da ki, triatlonun Azərbaycanda daha da populyarlaşdırılması işidir.

-Sizcə, buna necə nail olmaq mümkündür?

-Bizə triatlonla maraqlanan çoxlu sayda valideyn, yeniyetmə, əcnəbilər müraciət edir. Aydındır ki, Triatlon Federasiyası yaradılmazdan əvvəl bu idman növü ilə maraqlananlar mövcud idi. Xüsusilə ölkəmizdə işləyən xarici vətəndaşlar arasında. Hətta soydaşlarımızdan da duatlon və triatlon üzrə qeyri-rəsmi yarışlarda iştirak edənləri az olmayıb. Ona görə də, bu idman növü ilə aktov maraqlananlardan yəqin ki, çoxlu müraciətlər olar. Bundan başqa, uğurlu dövlət siyasəti sayəsində Azərbaycan idman aləmində mötəbər yerlərdən birini tutur, bunu öılkəmiz həm də London Olimpiadasında bir daha sübut etdi. İndi bizim əsas vəzifəmiz triatlonu əhali arasında daha da məhşurlaşdırmaqdır, bu idman növünə daha çox diqqət çəkməkdir. Bu iş böyük səylər, əxiyyət tələb edir, amma biz bu istiqamətlərdə ən yaxın vaxtlarda addımlar atmağa başlayacayıq. Burada məşqçi heyətinin təkmilləşdirilməsi, regionlarda triatlon seksiyalarının açılması da olduqca əhəmiyyət kəsb edir.

-Azərbaycanın Triatlon Federasiyasının digər ölkələrdən olan həmkarlarla əməkdaşlığı necə qurulub?

-Bizim bir çox Federiasiya ilə çox gözəl münasibətlərimiz mövcuddur. İlk növbədə Türkiyədəki həmkarlarla, bu təşkiların rəhbəru Həmdi Günəşin yaxın səyləri sayəsində. Bundan başqa, Rusiyanın Triatlon Federasiyası ilə əməkdaşlığı qeyd etməmək qeyri-mümkündür. Bu olkə Federasiyasının rəhbərilə mən Londonda dünya çempionatı çərçivəsində tanış oldum. Onlar da bizə yaxından kömək göstərirlər. Ukraynadan olan həmkarlarımızla da, başda Andrey Bildı olmaqla, münasibətlərimiz yüksək səviyyədədir. Bu cür əməkdaşlıqla sözsüz ki, nəinki bütün idman aləmində, həm də idmanın triatlon növündə irəliləyişlər əldə etmək mümkündür.

-Yaxın gələcəyə olan planlarınız nədən ibarətdir?

-Kiçik fasilədən sonra yığma Avstriyada təlim-məşq toplanışlarına yollanacaq, burada da idmançılara yenisi Zaur Arkaniya qoşulacaq. Məşqçilərin fikrincə, onun triatlonda ölkəmizi təmsil etməsi üçün kifayət qədər göstəriciləri var ki, bu səbəbdən Z.Arkaniya birbaşa birinci komandanın tərkbinə daxil olacaq. Burada mən tamamilə Aleksandr Yatsenkoya güvənirəm. Yeniyetmələrdən ibarət komandaya gəldikdə isə, idmançılar 23 yaşınadək olan atletlər arasında Avropa Çempionatına hazırlıq görürlər. Rusiyanın Penza şəhərində təşkil olunacaq bu yarışlarda 3-4 idmançı ilə təmsil olunacaq öölkəmiz, həmin yarışlar onlar üçün əməlli-başlı sınaq və təcrübə arenası olacaq. İdmançılar burada həm də ilk reytinq xallarını qazanmağa başlamaqla yanaşı, həm də belə səviyyəli yarışlarda özlərini sınamaq imkanı qazanacaqlar.

-Və sonda arzularınızla bölüşərdiniz..

- Əlbəttə, indiki durumda ilk yerlərə sahib olmaq bir növ illüziya kimidir, lakin Federasiyanın fəaliyyətinin ilk 10 ayında qurur duyacağımız çox şey var. İnkişafı davam etdirəcəyik. Biz idman ictimaiyyəti və idmana böyük əhəmiyyət verən şəxslərlə eyni addımlamağa çalışırıq. Triatlon barədə danışsaq, onu deyə bilərəm ki, bu idman növü nəinki Qərbdə, Avstraliada, Yeni Zelandiya, eləcə də Rusiyanda olduqca populyardı. Azərbaycanda triatlonun hansı uğurlar əldə edəcəyindən də çox şey asılı olacaq.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun