Hər bir gəncə arzu edirəm ki, ən yaxşılardan biri olmaq durmadan çalışsınlar Intiqam Babayev

31 2014 [16:04] - YouthPortal.Az

«Əsas məqsəd odur ki, Azərbaycanın hər bir bölgəsində Olimpiya Mərkəzi, Gənclər Evi və digər gənclərə lazımlı infrastruktur olsun» - İntiqam Babayev, Gənclər və Idman nazirinin müavini.

- 2013-ci ildə nazirlik tərəfindən bir çox tədbirlər, o cümlədən beynəlxalq layihələr keçirilib. Bu il üçün nəzərdə tutulan layihələrdən hansıları qeyd edərdiniz?

- İlk növbədə onu qeyd etmək istərdim ki, digər illər kimi 2013-cü il də Azərbaycan gəncliyi üçün həyata keçirilən layihələr baxımından çox məhsuldar il oldu. 2013-cü il ərzində bir sıra maraqlı beynəlxalq layihələri həyata keçirdik. Bu layihələr sırasında mən beynəlxalq Qış Nağılı” festivalının, artıq beynəlxalq səviyyədə baş tutan Univision mahnı müsabiqəsinin adılarını çəkə bilərəm. Qeyd etməliyəm ki, bu müsabiqə bundan öncə ancaq ölkə daxili səviyyəsində keçirilmişdi. Beynəlxalq səviyyədə ilk dəfə olaraq gerçəkləşməsinə baxmayaraq burada Azərbaycan da daxil olmaqla müxtəlif qitələrdən 20-yə yaxın ölkə iştirak etdi. Diqər əsas məqamlardan biri kimi duşərgələri qeyd etmək istərdim. Hər il keçirdiyimiz düşərgələrdə iştirakçıların sayinın artmasına çalışırıq. Bu düşərgələri keçirməyimizdə əsas məqsədimiz gənclərimizini düşərgələrlə bağlı məlumatını artırmaq, və asudə vaxtlarını səmərəli təşkil etməkdir. Bununla yanaşı qeyd edim ki, düşərgələrin köməyi ilə diyarşunaslığın inkişafına təməl qoyduq. Misal üçün Qubadan olan gənclər Şəkidə istirahət etdilər. Orta hesabla hər il 3500-4000 gənc bu düşərgələrdə iştirak edir. Bunlardan başqa elm yüklü layihələrimiz də oldu. Onlardan İstedadların Hazırlığı Laboratoriyası nı qeyd edə bilərəm. Ötən il bu layihənin finalı keçirildi. Müsabiqə ərzində təxminən 1500-ə yaxın uşaq layihədə iştirak etdi.

Digər layihəmiz Online Fikir Bankı dır. Bu layihənin köməkliyi ilə yeniyetmələr və gənclər sərbəst şəkildə internet vasitəsi ilə öz ideya və fikirlərini onile şəkildə yerləşdirirərək digərləri ilə bölüşürlər. Qeyd edim ki, yeni olmasına baxmayaraq Online fikir bankı na gənclər tərəfindən çox böyük maraq var. Hər ayın sonunda ən yaxşı ideya təqdim edən gənci mükafatlandırırıq.

Mən Azərbaycan Haqqında Nə Bilirəm maraqlı bir layihəmiz var ki, bir neçə ildi artıq müxtəlif ölkələrdə tələbələr arasında keçirilir. Əsas ideya ondan ibarətdir ki, müsabiqə vasitəsi ilə Azərbaycanın mədəniyyətini və tarixini təbliğ edək. İndiyə kimi bu layihə 10-a yaxın ölkədə layihə baş tutub. İldən-ilə iştirakçıların sayı artır və bir neçə ölkədən olan qalibləri Azərbaycanda bir araya gətiririk.

2014-cü ildə də, gənclərə yönəlik siyasət davamlı olacaq. Keçən il keçirilən layihə uğurlu olubsa onun davamını bu ildə həyata keçirtməyi nəzərdə tuturuq. Misal üçün deyə bilərəm ki, biz Mən Azərbaycan Haqqında nə Bilirəm və Univision layihələrini daha çox ölkənin iştirakı ilə keçirilməsini nəzərdə tutmuşuq.

Bu il Azərbaycanda BMT xətti ilə ilk dəfə olaraq dünya miqyasında gənclər işi üzrə mütəxəssislərinin qlobal forumu Azərbaycanda keçiriləcək və bu forumda BMT Baş katibi Pan Gi Munun da iştirakı nəzərdə tutulur.

Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində mütləq yeni layihələrə hər zaman ehtiyac var. Layihələr müasir gəncin maraqlarına cavab verəcək səviyyədə olmalıdır. Bu bizim əsas hədəflərimizdəndir.

Gənclər və İdman Nazirliyinin yaranmasının 20 ilinə həsr olunmuş layihələrimiz olacaq. Nazirliyin yaranmasının yubileyi ilə bağlı müxtəlif tədbirlər planı işləyəciyik.

Bu il ilk dəfə olaraq Cənab Prezidentin təsis etdiyi Gənclər üçün Prezident Mükafatının təqdimatı olacaq. İlk 6 nəfər bu il bu mükafatları əldə edəcək və bundan sonra da hər il 6 nəfərin, elm və təhsil, mədəniyyət, ictimai sahədə fəallığına görə hər sahə üzrə 2 nəfər olmaqla Cənab Prezidentin yüksək səviyyəli mükafatı ilə təltif olunacaq.

Vətənpərvərlik sahəsində beynəlxalq səviyyəli tədbirlərimiz də nəzərdə tutulur. Hünər hərbi-vətənpərvər mahnıları festivalı bu layihələrdən biridir. Bununla yanaşı olaraq Azərbaycanın Böyük Vətən müharibəsində xidmətlərinə həsr olunmuş beynəlxalq konfrans da keçiriləcək.

- Keçən il daha bir əlamətdar hadisə baş vermişdir ki, 2016-ci ildə Avropanın gənclər paytaxtı Gəncə seçildi. Bununla əlaqədər hansı layihələrin keçirilməsi nəzərdə tutulur?

- Qeyd etmək istərdim ki, 2013-cü ilin əlamətdar hadisələrindən biri Gəncənin Avropa gənclər paytaxtı seçilməsi oldu. İlk dəfə olaraq Avropa ittifaqına daxil olmayan ölkənin şəhəri Avropanın gənclər paytaxtı elan olundu. Gəncədə və ümumi Respublikada gənclərlə bağlı aparılan müsbət işlər münsiflər heyətinin qərarına öz təsirini göstərdi.

Keçən ilin sonunda bu hadisə ilə bağlı Gəncədə təqdimat keçirildi. Hal hazırda bütün bu işlərlə bağlı ayrıca təşkilat komitəsi fəaliyyət göstərməkdədir. 2016-cı ilə qədər tədbirlər planı hazırlanacaq. 2015-ci il Azərbaycanda keçiriləcək Avropa Gənclər forumunun iclasının Gəncədə keçirilməsi də nəzərdə tutulub. Digər tədbirlərin də Gəncədə keçirilməsi planlaşdırılır.

Bildiyiniz kimi Gənclər və İdman nazirliyi hər il Azərbaycanın gənclər paytaxtının seçilməsi ilə bağlı müsabiqə keçirir. İlk dəfə olaraq Gəncə, daha sonra Biləsuvar şəhəri bu müsabiqənin qalibib olub. Bu il də seçimlər davam edəcək. Ancaq bu il seçimlər bir qədər fərqli olacaq. Hər il bütün şəhərlər seçimə qatılsa da, onların beynəlxalq layihələri həyata keçirmələri, eyni zamanda beynəlxlaq standartlara cavab vermələri heç də qənaətbəxş olmurdu. Bunu nəzərə alaraq müsabiqə şərtlərinə əsasən namizədliyini irəli sürən şəhər ilk növbədə təqdimat hazırlayıb nazirliyə təqdim etməlidir. Bütün bu prosseslərdən sonra seçimlər ərəfəsində seçilmiş şəhərlərin açıq şəkildə səsverməsi keçiriləcək. Məndə olan məlumatlara görə artıq Mingəçevir və Naxçıvan şəhərləri öz təqdimatlarını təqdim ediblər.

- Məlum olduğu kimi 2015-ci ildə Bakıda Avropa olimpiya oyunları keçiriləcək. Bu tədbirə hazırlıq necə aparılır?

- İlk öncə demək istərdim ki, bu gün Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib. Ölkə başçısı cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı əvəzsizdir. Azərbaycan idman sahəsində qazandığı uğurları ilə digər ölkələr arasında xüsusi şəkiyə malikdir. Bütün bu uğurların bariz nümunəsi olaraq Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edildi. Hal-hazırda yüksək səviyyəli mütəxəssislərin cəlb olunduğu bu oyunlara yüksək səviyyədə hazırlıq işləri gedir, müafiq infrastruktur formalaşdırılır. Bu yarışla yanaşı olaraq növbəti illərdədə Şahmat üzrə dünya çempionatı, qimnastika üzrə Avropa çempionatı və digər yarışların keçirilməsi nəzərdə tutulur.

Mən həmişə qürurla qeyd etmişəm ki, Azərbaycan ərazi baxımından, əhali baxımından hansısa ölkədən kiçik ola bilər, amma potensialımıza görə, mədəni irsimizin zənginliyinə görə biz bir çox ölkələrdən öndəyik. Hər bir sahədə olduğu kimi bu idman sahəsində nümayiş olunub. Ölkəmizin əldə etdiyi uğurlar, qazanılan medallar bütün qeyd olunanların bariz vətənpərvək nümayişidir. Prezident İlham Əliyevin apardığı əsas siyasət bütün sahələrdə məqsədyönlü və ardıcıldır.

- ASAN könüllülər gənclər təşkilatının qurultayında çıxış edərək beynəlxalq layihələrin həyata keçirilməsində könüllülərin rolunu qeyd etmişdiniz. Bu barədə nələri demək istəyərdiniz?

- Azərbaycanda könüllülərnən işləyən ilk Nazirlik Gənclər və İdman Nazirliyidir. 1998-ci ildən başlayaraq biz könüllü hərəkatının təşəbbüsü ilə çıxış etmişik. Bakıda keçirilən Avroviziya mahnı yarışması zamanı isə bu iş daha geniş vüsət aldı. Gənclər və İdman Nazirliyi tərəfindən bu müsabiqə üçün təxminən 1400 könüllü hazırlandı. Bu gün ASAN xidmətinin yaratdığı könüllülər təşkilatı da, düşünürəm ki, bu istiqamətdə özünə məxsus yer tutacaq və gələcəkdə Azərbaycanda keçiriləcək iri miqyaslı beynəlxalq layihələrdə ölkəmizi layiqincə təmsil edəcək.

- Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər evilərinin tikilməsi işləri ilə bağlı işlər hansı mərhələdədir?

- Biz regionlarda gənclərin xidmətində olan, müasir standartlara cavab verən, sosial xidmət şəbəkəsini formalaşdıran Gənclər Evi adı altında fəaliyyət göstərən müəsisələr yaradırıq. Bir çox hallarda Gənclər evləri yeni inşa edilən binalar olur. Bəzi hallardaöncədən fəaliyyət göstərən və əsaslı təmirdən sonra Gənclər evi kimi istifadəyə verilənlərdir. Bu günə qədər 20-dən artıq region və şəhərdə Gənclər Evi adı altında müəsisələr fəaliyyət göstərməkdədir. Bu evlər gənclərin bir araya gələrək problemlərini müzakirə etmələrinə, yeni layihələr üzərində çalışmalarına şərait yaradır. Ən azı yaxın iki il ərzində əlavə 15 gənclər evi inşa ediləcək. Əsas məqsəd odur ki, Azərbaycanın hər bir bölgəsində Olimpiya Mərkəzi, Gənclər Evi və digər gənclərə lazımlı infrastruktur olsun.

- Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının əsas hissəsi sizcə artıq yerinə yetrilmiş saymaq olar?

- Bu günə qədər üzərimizə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirmişik. Sadaladığım tədbirlərin bir çoxu Dövlət proqramına yönəlmiş tədbirlərdir. Bu proqram çərçivəsində bildiyiniz kimi artıq iki ildir ki Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu yaranıb ki, bu qurum da gənclərə kifayət qədər dəstək verir. Gənclər mükafatı təsis olunub. Qanunvericilik bazasında təkmilləşdirmə gedib, əlavə düzəlişlərlə bağlı paketlər aidiyyatı Dövlət qurumlarına təqdim olunub. Yaxın zamanda Dövlət Programının icrası ilə bağlı iclas keçiriləcək və bu iclasda biz geniş hesabatla çıxış edəcəyik. Növbəti illər üçün təbii ki yeni iş planı hazırlanır.

- Gənclərə ipoteka kreditinin verilməsində şərtlərdə dəyişikliklər olacağı ilə bağlı nə deyə bilərsiniz?

- Biz ipoteka ilə bağlı təkliflər paketinin hazırlayıb aidiyyatı Dövlət qurumlarına təqdim etmişik və düşünürük ki, yaxın zamanda bununla bağlı bir yekun nəticə əldə edəcəyik . Hər-halda bizim istəyimiz ondan ibarətdir ki, sosial ipotekada tək gənc ailə əhatə olunmasın, eyni zamanda subay gənclərimiz də bundan yararlana bilsinlər. Bununla yanaşı verilməsi nəzərdə tutulan kateqoriyaların sayının genişləndirilməsi də əsas məqsədlərdəndir. Misal üçün gənc alim dedikdə, əsasnamədə nəzərdə tutulur elmlər namizədi və doktoru, biz təklif etmişik ki, elmlə məşqul olan gənc, əgər tədqiqat institutunda çalışırsa oda bu sosial proqramdan yararlana bilsin. Həmçinin də lazım olan sənədlərin bir qədər sayının azaldılmasını və şərtlərin yüngülləşdirilməsini də nəzərdə tutmuşuq.

- Sonda gənclərimizə nə tövsiyə edərdiniz?

- Gənclərə tövsiyəm sizin saytdan maksimum yararlansınlar. Hər bir gəncə arzu edirəm ki, öz təhsilində, peşə fəaliyyətində hər zaman ən yaxşılardan biri olmaq durmadan çalışsınlar və öz dünya görüşlərini genişləndirsinlər. Daim öz ixtisaslarında peşəkər olsunlar. Aydın məsələdir ki, bütün bunlar özlərinin şəxsi inkişafı ilə yanaşı, həm də ilk növbədə ölkəmizin inkişafına yönəlməlidir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun