İstedadlı gənclərə dəstək vermək bizim üçün vacibdir - İndira Haciyeva

20 2013 [18:17] - YouthPortal.Az

"Gənclərimiz çox yaxşı və müxtəlifdir, onların öyrənəckləri çoxdu" - İndira Hacıyeva, Azərbaycan Gənclər və idman Nazirliyinin asudə vaxtının təşkili və yaradıcı gənclərlə iş şöbəsinin müdiri.


- Gənclər və idman Nazirliyi beynəlxalq səviyyəli, o cümlədən iri gənclər tədbirləri həyata keçirir. Bu fəaliyyətin prioritetləri hansılardır, vətənpərvərlik işinə hansı rol ayrılır?

- Prioritetlər ilk növbədə 1994-ci ildə qəbul edilmiş gənclər siyasəti haqqında qanunla müəyyən olunur. İki dövlət proqramı var idi. Birinin həyata keçirilməsi artıq başa çatıb, ikinci 2011-2015 illəri əhatə edir və üzərində işləyirik. Dövlət proqramı tələbata daha operativ reaksiya vermək imkanı verir, vəziyyətin dəyişməsi üçün həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda. Bu dövlət proqramının istiqamətlərini biz gəncləri ilə birlikdə hazırlamışıq. 2011-ci ildə Prezidentin dövlət proqramının hazırlanması barədə fərmanı nəşr olunub, gəncləri bu işə cəlb olunub. Yalnız nazirlik tərəfindən gənclərlə görüşlər, müsahibələr, 30-dək müxtəlif diskussiyalar aparılıb. Bundan başqa, xüsusi ünvan açılmışdır ki, xaricdə təhsil alan azərbaycanlı gənclər öz fikirlərini yaza bilərdi. Biz 2000-dən artıq təklif almışdıq, onların əsasında dövlət proqramı tərtib edilib.

Bu dövlət proqramında bir neçə istiqamətlər müəyyənləşib - vətənpərvərlik və vətəndaş tərbiyəsi, intellektual və yaradıcı gənclər, tələbə gənclər, onların sosial hüquqlarının qorunması və qanunvericiliyin inkişafı, sağlam həyat tərzi, sahibkarlığın dəstəklənməsi. Niyə məhz bu istiqamətlər, onların nə birləşdirir? Məsələnin fəlsəfəsi ondan ibarətdir ki, sağlam, savadlı, kifayət qədər bilikli, bacarıqlı insan yetişdirmək lazımdır ki, onun qarşısında çoxlu funksiyaları açılsın, o, müəyyən yaşa çatıb, onu seçmək imkanı olsun, ona yaxın və nəhayət, bu adam Vətəndaş olmalıdır.

O, heç vaxt unutmamalıdır ki, o, Azərbaycan vətəndaşıdır, o, bu ölkədə yaşayır. Onun uğuru - ölkəmizin uğurudur və onun ölkəsinin uğuru - bu, onun uğurudur. Yəni, onun gücü - onun köklərindədir. Ən əsası odur ki, vətəndaş və ölkə bir bütövlük təşkil etsin. Vətənpərvərlik orada yaranır ki, öz ölkəsi ilə qurur duyulur. Qürur o zaman yaranır ki, görürsən, yaxşı nəsə edən ayrı-ayrı insanlar istəklərinə nail olurlar.Biz nə ediriksə hər şey vətənpərvərliyə işləyir .

- Gənclər və idman nazirliyinin formalaşdırılmasında hansısa ölkələrin təcrübəsindən istifadə olunubmu?

- Gənclər və idman Nazirliyi, o nazirliklərdəndir ki, müstəqillik əldə edildikdən sonra yaradılıb. Qeyd etmək vacibdir ki, dünyada gənclər nazirliklərinin sayı çox deyil, amma təcrübə alınır ki, ya beynəlxalq təcrübənin xülasəsini edirsən və ya da sən özün etdiklərinə əsaslanmalısan. Gənclər və idman Nazirliyi 1994-ci ildə yaradılıb və hüquqi forma hazırlamağa başlayıb hansı ki, gün bu kifayət qədər yaxşı inkişaf etmişdir. Saxta təvazökarlıq etmədən deməliyəm ki, bu gün hətta Azərbaycan digər ölkələrə öz təcrübəsini ötürür. Avropada gənclər nazirlikləri, dövlət qurumları yoxdur. Onlar yerli orqanlar səviyyəsində, özünüidarəetmə, bələdiyyə və şəhər səviyyəsində işləyir. Azərbaycanda mərkəzləşdirilmiş bir orqan var. Bizdə də aşağı strukturların indiyədək olmayıb, ancaq Azərbaycanın hər bir inzibati rayonunda gənclərin kiçik bir idarəetmə strukturu var, amma onlar, maksimum yeddi nəfərdən ibarətdir.

Bu gün az qala Azərbaycan əhalisinin 30 faizi 14-29 yaşadək olan gənclərdir. Bu təxminən üç milyon nəfər edir, onlarnan isə nazirlikdə 100 nəfər məşğul olur və həm də yerlərdə orta hesabla 400 nəfər. Gənclər və idmanla məşğul olan cəmi 500 nəfər var və qeyd etmək istəyirəm ki, bu 500 nəfərə daxildir mühafizəçilərdən başlayaraq texniki işçilər, sürücülər. Ona görə də hər birimizin üzərinə çox böyük işlər düşür. Ancaq bizdə qeyri-hökumət təşkilatları kimi böyük resurs var, onların öz müsbət və mənfi cəhətləri var. Üstünlük ondadır ki, onlar daha çevikdirlər, onlara yeni işə başlamaq asandır,bunlara görə onlara həmin fərman lazım deyil. Mənfi cəhət odur ki, təşkilatlarının tərkibindəki insanlar tez-tez dəyişir və yaxşı mənada irsiyyət yoxdur. Onlar müəyyən təcrübə toplayır bir başqa daha yüksək maaşlı işə gedirlər.

- Bu il nazirlik "Bizimistedadlar" müsabiqəsi elan edib, ölkənin demək olar ki, bütün regionlarından məktəb şagirdləri qatılıb. Hazırda bu layihə hansı mərhələdədir?

- Bu, uzunmüddətli layihədir, hansı ki, uzun müddətə planlaşdırdırmışıq. Biz başa düşürük ki, ölkədə mütəxəssislər lazımdır, liftçidən tutmuş kosmos sahəsində mütəxəssislərə qədər, çünki artıq kosmosa da öz peyklərimizi buraxmışıq. Ölkəmizdə bütün sahələrdə yaxşı mütəxəssislər, öz işini bilənlər lazımdır. Bu gün isə, bizim gənclər əsasən üç-dörd aparıcı ixtisas - iqtisadiyyat, beynəlxalq münasibətlər, xarici dillər, tibb və s. seçir, hüquqi əvvəllər çox məşhur idi və bu siyahı başa çatır, halbuki ixtisasların sayı isə çox böyükdür və bizim Ölkədə onlara tələbat var.

Bu layihənin məqsədi şagirdlərin cəlb olunması idi, gələcəkdə onlardan yaxşı mütəxəssislərin yetişdirilməsi üçün və ən başlıcası ki, layihə Bakı şəhəri ilə kifayyətlənməməli idi. Kənd uşaqlarını təhsildən yayındıra biləcək vasitələr azdı. Onlarda kompüter, planşet, smartfonlar daha az yayılıb və ona görə də əgər kənd uşağı maraqlandırsan, o, daha həvəsli elmlə məşğul olacaq, nəinki şəhər. Bu müsabiqə imkan verir ki, şagird müəllimin vasitəsilə deyil birbaşa özü bizim diqqət mərkəzimizə düşə bilsin. Prinsiplərindən biri o idi ki, şagird özü irəli getsin, bu onun şəxsi istəyi olsun və bu kütləvi şəkildə olsun.

Biz müəllimlərdən ibarət komanda topladıq və bu qənaətə gəldik ki, əvvəlcə onlayn olimpiada edəcəyik ki, ona istənilən şəxs qoşula bilsin. Və bu layihədə daha bir məqam var - etimad elementi. Bu olimpiada bir neçə mərhələdən ibarətdir və onların hamısının sonunda keçiriləcək offlayn imtahanı gözləyəcək. Əsas məqsəd ona qədər irəliləməkdir. Biz atdıq bir neçə olimpiadalar keçirmişik və nəticələri də çox maraqlı olub. İştirak etmək istəyənlər sayı çox idi.

Dekabrda offlayn olimpiada olacaq, üç fənn üzrə: Riyaziyyat, fizika və kimya. Siz bu layihəni ətraflı işıqlandırmısınız və iştirakçıları ilə müsahibə etmisiniz, onlar haqqında yazıblar, onların şəkilləri saytda çıxıb,bütün bunlar belə demək olarsa onlar yerli tanınmış adamlar edib ki, buda uşaqlara çox böyük stimul verirdi. Olimpiadadan sonra, artıq seçilmiş şagirdləri ilə Bakıda distant təhsil aparacağıq, ən yaxşı müəllimlərin mühazirələrini saytda yerləşdirəcəyik, elə edəcəyik ki, məktəbli hansısa mövzunun izahını tək öz müəlliminin ifasında deyil, digər müəllimlərin ifasındada baxa bilsin.

Və nəhayət, layihənin əsas məqsədi, nə üçün biz bunu edirik. Biz bu uşaqları beynəlxalq olimpiadalara hazırlamaq istəyirik. Bizim üçün çox vacibdir ki, gənclər təhsil alsın. Halbuki biz təhsil ilə məşğul olmuruq, bu bizdə bir az çətin məsələdir çünki biz deyirik ki, istəyirik ki, gənclər sağlam olsun, savadlı olsun, çoxlu imkanları olsun, amma bunların heç birini birbaşa özümüz etmirik. Biz - gənclərə vəkillik edirik, biz başa düşməliyik ki, ona bu gün nə lazımdır və bunu təmin etməyə çalışmalıyıq.

- Bu il gənclər təşkilatlarının həyata keçirdikləri hansı layihələri və tədbirləri qeyd edə bilərsiniz?

- Gənclər təşkilatları çox mühüm iş görürlər. Onlar öz həmyaşıdları ilə ünsiyyət saxlayırlar, onlar beynəlxalq əməkdaşlıqda çox irəliyə gediblər.

Biz bu il Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfrans keçirtdik. Və bu tədbir mənim çox yadda qalan oldu. Biz xarici ölkələrdən insanları dəvət etmişik və məlum oldu ki, orada insanlar var ki, şəxsən onu tanıyırdı, onunla işləmişdilər. Onlar artıq, əlbəttə, yaşlı insanlardı. Meksikadan adam gəlmişdi ki, onunla orada ünsiyyətdə olmuşdu. Biz bunu özümüz üçün demirik ki, Heydər Əliyev ümumdünya miqyaslı lider. Bu həqiqətən belədir.

Bizim çox böyük tədbirləmiz olub. Məsələn, ötən il biz "Böyük İpək yolu" adlı layihəyə başlamışıq və davam etdiririk. Biz təşəbbüskar olduğ və biz Böyük İpək yolu marşrutu boyunca 25 ölkənin gəncləri topladıq.

Bu bizə nə verir? Bu, biz hansısa böyük beynəlxalq danışıqlar üçün gedərkən həmin təşkilatların bizə dəstəyini verir. Bizim dostlarımızın sayı nə qədər çox olsa bir o qədər yaxşıdı, çünki müxtəlif konferensiyalar zamanı onların bizi şəxsən tanımağının çox böyük köməyi olur. Bizdə 200 təşkilat fəaliyyət göstərir, lakin onların heç də hamısı fəal deyil, onlardan 50-si gənclər sahəsində çalışır və onların hər biri öz işini görür.

KVN komandamız "Bakı Yığması" Şən Və Hazırcavablar Klubunun Beynəlxalq birliyi Mərkəzi Voronej liqasının finalında qələbə qazanıb ki, bu da çox sevindiricidir. Bu il türkdilli festival keçirilib.

Tələbələr üçün böyük layihə - Tələbə kartı.

Biz xarici səfərləri çox dəstəkləmişik. İftixar hissi doğurur ki, bizim 12-13 yaşlı pianoçularımız xaricə gedirlər, Avropadan olan öz həmyaşıdları ilə yanaşı müsabiqədə iştirak edir, birincilər yerləri qazanıb gəlirlər.

Bu il əlillərin Beynəlxalq müsabiqəsi keçirilib. Nigeriyadan iki ayaq olmayan insan gəlib rəqs edirdi, lal-karlar rəqs edirdilər ki, onlar musiqisini necə eşidirdilər. O, tamaşaçılarda heyranlıq doğururdu ki, onlar musiqi sədaları altında rəqs edirdilər. İlk növbədə bu, hamı üçün o deməkdir ki, insanın imkanlarını hədsizdir.

İndi bizim yolumuz odur ki, biz eyni zamanda bir neçə vəzifəni həll edirik, - daha çox sayda gəncləri əhatə etmək və onların istedadlarına dəstək göstərməyə çalışmaq.

Çox işlər görmək istəyirəm və layihələr çoxdur.

- Xarici ölkələrin gənclər təşkilatları ilə əlaqə necə həyata keçirilir?

- Bizim gənclər təşkilatları 30 beynəlxalq gənclər birliklərinin üzvlədirlər. Bizim 63 ölkə ilə ikitərəfli müqaviləmiz var. Əvvəlcə gənclər təşkilatları ilə sadəcə səfərlər olur, sonra isə, əgər görürünür ki, nəsə oxşarlıq, ümumi maraqlar varsa nazirliyə dəvət olunurlar. Bizim çox əlçatan nazirliyimiz var və nəticədə gələcəkdə əlaqə yarana bilər. Əvvəlcə bu anlaşma memorandumu, sonra isə müqavilə imzalanır. Bu müqavilələr hökumət təsdiq etdikdən sonra qüvvəyə minir. Ciddi iş gedir.

Bizim 63 ölkə ilə artıq ikitərəfli əməkdaşlıq haqqında müqavilələrimiz var. Və biz beş beynəlxalq platformaların təşəbbüskarıyıq.

Qeyd etmək lazımdır ki, büdcəmiz çox artıb. 10 il ərzində büdcəmiz 100 dəfə artıb, bu nəhəng rəqəmdir. Və bu illər ərzində gənclər təşkilatlarının sayı beş dəfə artıb, gənclər mübadiləsi xeyli artmışdır. Biz hər il iki-üç min nəfər qəbul edir və xaricə göndəririk.

- Gənclər təşkilatlarına nələri tövsiyə edərdiniz?

- Gənclər təşkilatları indi qrant hesabına fəaliyyət göstərirlər. Gənclər və idman nazirliyi tərəfindən qrant almaq asandır, nəinki xarici təşkilatlardan qrant almaq.

Xarici donorlar bizə qrantlar ayırmağa maraqlıdırlar. Onlar "Şərq Tərəfdaşlığı" - Rusiya, Ukrayna, Belarus, Ermənistan, Moldova, Gürcüstan və Azərbaycandan ibarət yeddi ölkə proqramını təhlil edir.

Onlar Azərbaycandan birbaşa layihələri qəbul etmirlər. Layihə təqdim etmək üçün başqa ölkədən tərəfdaş tapmaq lazımdır, bu isə çətin məsələdir. Bizi layihələrin sayına görə Rusiya və Ukrayna ilə bir səviyyəyə qoymaq olmaz, həmin ölkələr birbaşa müraciət edə bilərlər.

Onlardan 200 layihə ola bilər, bizdə isə 25, həm də gənclərin sayı bizim ölkələrdə də fərqlənir. Məsələn, Rusiyada gənclərin sayı bizdən 13 dəfə, Ukraynada isə 7.5 dəfə çoxdur.

Bunu nəzərə alsaq, demək olar ki, biz daha fəalıq, nəinki Rusiya və Ukrayna.

Bundan başqa, gəncliyə yardım fondunun hesabına bizim ölkədə daxili donorluq inkişaf edir, bu səbəbdən də xarici donorların həcmi elə də böyük deyil. Beynəlxalq qrant almaq əməkdaşlığın inkişafına yaxşı təsir göstərəcək. Bu zaman, bütün layihələr beynəlxalq olması və azı 4 ölkənin iştirak etməsi kimi tələblər var.

Ancaq gənclərimiz, həmişə onların standartlara tam uyğun olan bir layihə təqdim edə bilmirlər.

-Azərbaycan gənclərini necə qiymətləndirirsiniz?

Azərbaycan gəncliyi necə olmalıdırsa elədir. O, cəmiyyətin məhsuludur. O, müxtəlifdir və onda elələri var ki, kiminlə fəxr etmək olar və bəziləri daha fəal olmalıdırlar.

Çox fəal gənclər var. Ümumiyyətlə, onlar, müxtəlifdir və çox yaxşıdır, onlardan öyrənəcəyi çox şey var.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun