Şəmsi Gülverdi -"TGT-lərin işi ilə əlaqədar təklifləri, iradları dinləmək üçün həmişə qapımız açıq olub"

22 2013 [14:36] - YouthPortal.Az

1. Ümumi məlumat

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) yeni İcraçı Direktoru təyin olunub. Belə ki, illərdir ictimai fəaliyyətlə məşğul olan Şəmsi Gülverdi bu vəzifəyə təyinat alıb. Məlumat üçün bildiririk ki, Şəmsi Gülverdi əvvəllər Bakı Slavyan Universiteti Tələbə Gənclət Təşkilatının (TGT) sədri, ATGTİ sədr müavini, daha sonra ATGTİ-nin TGT-lərlə İş departamentinin direktoru vəziələrində çalışıb. Yeni İcraçı Direktorla olan ilk müsahibəmizi təqdim edirik:

2. Şəmsi müəllim, ictimai fəaliyyətə necə başlamısınız?

Hələ məktəb vaxtlarında yaşadığım rayon üzrə keçirilən Nizami rayon YAP təşkilatının, Nizami rayon Gənclər və İdman İdarəsinin tədbirlərində iştirak edirdim, tədbirlərin təşkilatçısı və aparıcısı olurdum. Gənclər sahəsində fəaliyyətə isə 2006-cı ildən başlamışam. İlk olaraq TGT-yə üzv olmuşam və demək olar ki, bundan sonra yeni era başlayıb mənim üçün. Məni ictimai işə TGT həvəsləndirib və o vaxtdan “TGT-çi” adını almışam (gülümsəyir). Fəaliyyətə başladım, TGT-nin ən sadə üzvlüyündən sədrliyə kimi yüksəldim. Bu dövrdə TGT-miz çox sayda mükafatlar, diplomlar, fəxri adlar əldə etmişdir. Bundan əlavə ATGTİ-nin yaradılmasında yaxından iştirak etdim və çox xoşbəxtəm ki, ATGTİ-nin yaradılması məhz mənim sədrliyim ərəfəsinə düşdü. Daha sonra ATGTİ sədr müavini seçildim. Növbəti bir ildə həqiqi hərbi xidmət keçmişəm və yenidən ATGTİ-də TGT-lərlə İş departamentinin direktoru vəziəsində çalışmışam. Hal – hazırda isə ATGTİ-nin İcraçı Direktoru kimi fəaliyyətimi davam etdirirəm.

3. TGT-lər necə fəaliyyət göstərir və tələbələrin həyatında nə kimi rol oynayır?

TGT-lər TGT-lərin ümumi əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərir bu fəaliyyət sözügedən əsasnaməyə uyğun olaraq tənzimlənir. Məlum əsasnamədə göstərildiyi kimi TGT-də iş könüllü xarakter daşıyır. Bu bir daha göstərir ki, TGT-də fəaliyyət göstərən gənclər heç bir maddiyyat ummadan, sırf fəal olmaq, təşkilata və gənclərə töhvə vermək niyyəti ilə fəaliyyət göstərirlər.

TGT-nin məqdəsinə tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, hüquqlarını müdaiə etmək, dövlətin gnclər siyasətinə cəlb etmək, istdedadlı gəncləri üzə çıxartmaq və onlara şərait yaratmaq, gəncləri elm və təhsilə yönləndirmək və s. daxildir. Bu sadalanan məqamları nəzərə alsaq TGT-nin gənclərə nələr verə biləcəyini təxmin etmək olar. Bu təşkilatda fəaliyyət göstərməklə gənclərin əldə etdikləri ən vacib məqamı bildirmək istəyirəm. Belə ki, tələbə - gənclər TGT-də fəaliyyət göstərməklə şəxsiyyətin formalaşmaında vacib olan çox əhəmiyyətli vərdişlər, ənənələr əldə etmiş olurlar. Bu isə öz növbəsində gələcəkdə onların quracağı karyeradan asılı olmayaraq lazım olan keyfiyyətlərdir. Nəticə etibarı ilə, Respublikamızda fəaliyyət göstərən əksər gənclər təşkilatlarında TGT-çilər fəal rol oynayırlar.

4. ATGTİ-yə 109 TGT daxildir, bu qədər təşkilat ATGTİ-də necə koordinasiya olunur, məlumat müdadiləsi necə aparılır?

2009-cu ildə ATGTİ yaradıldıqda İttifaqa 39 təhsil müəssisəsinin TGT-si daxil idi və hamısı da yalnız ali təhsil müəssisələrinin təşkilatları idi. Sual oluna bilər ki, niyə 39 təşkilat, çünki, məhz 39 təşkilat ilk olaraq sistemli koordinasiya əldə etmək və daha güclü olmaq üçün bir İttifaqda birləşmək istədilər. İttifaq fəaliyyətə başladıqdan sonra digər ali təhsil müəssisələrin təşkilatları, eləcə də orta ixtisas təhsili müəssisələrin tələbə təşkilatları İttifaqa üzv olma üçün ərizələrini təqdim etdilər. Hal hazırda ATGTİ 109 TGT-ni özündə birləşdirərək yalnız Respublikamızın deyil, Cənubi Qafqazın ən böyük tələbə təşkilatıdır.

ATGTİ-nin böyük bir strukturu var, ora daxildir: İdarə Heyəti, Əlaqələndirmə Şurası, Nəzarət Təftiş Komissiyası, İcraedici Aparat. Bu qurumların özləri isə bir neçə istiqamətdə bölünürlər. Hər bir qərar İdarə heyəti tərəfindən verilir. İdarə heyətinin təsdiqlədiyi layihələr İcraedici Aparata göndərilir və burada fəaliyyət göstərən İnsan resursları, layihələr, İctimaiyyətlə Əlaqələr və s. departamentlər layihənin müvafiq profilləri üzrə işlərini həyata keçirirlər və beləcə layihə reallaşdırılır. TGT-lərlə ən çox TGT-lərlə İş departamenti əlaqə saxlayır. İşimiz zəncirvari sistemdə qurulub. İzah üçün deyim ki, iclaslar arası zamanlarda məlumat TGT sədrlərinə ötürülür, sədrlər isə öz heyətlərinə məlumat verirlər. Beləcə, böyük ATGTİ AİLƏSİ fəaliyyət göstərir.

5. Son zamanlar TGT-lər haqqında deyilən sözlərə münasibətiniz?

TGT-lərin işi ilə əlaqədar təklifləri, iradları dinləmək üçün həmişə qapımız açıq olub. Təki, niyyət yaxşı olsun - niyyət inkişaf etmək olsun. Tələbələrlə bağlı məsələlər, əlbəttə, bizə deyilməlidir. Biz bu yükü çoxdan öz üzərimizə götürmüşük. Digər tərəfdən baxdıqda tələbələrlə məşğul olan başqa təşkilatlar da var, həm təhsil müəssisəsi daxilində, həm də müəssisədən kənarda amma tələbələrin işi ilə əlaqədar digərlərindən yox, məhz TGT-dən reaksiya gözlənilir, dəstək istənilirsə, deməli, TGT yaxşı fəaliyyətdədir ki, digərləri heç yada da düşmür. Belə bir deyim var: Uman yerdən küsərlər. Deməli, fəaliyyət var ki, onun detalları barədə narazılıq var. Bir də, mən bildirmək istəyirəm ki, əgər kiminsə işin gedişatına müsbət təsir göstərəcək təklifi varsa buyursun, əks halda gərək ki, hərə öz işi ilə məşğul olsun. Söz atmaq, qeyri rəsmi mənbələrə söykənərək nəsə demək həm qeyri peşəkardır, həm də Azərbaycan gəncliyə yaraşmaz haldır. Hər bir işdə problem tapmaq olar. İndiki vəziyyətdə isə TGT-lər gənclər sektorunda çox önəmli yerə sahibdirlər və sağlam rəqabətə həmişə hazırdırlar.

6. ATGTİ-nin tədbirlərinə çox sayda könüllülər cəlb olunur. Onlar bu fəaliyyətdə niyə maraqlıdırlar və bu onlara nə verir?

ATGTİ böyük bir könüllü ordusuna sahibdir. Bu iş də öz növbəsində sistemli təşkil olunmuşdur. İttifaqda könüllü fəaliyyətə başlamaq istəyən tələbə - gənc ilə ilk olaraq müqavilə imzalanır və onun adına könüllülük passportu açılır. Könüllü fəaliiyəti zaman həmin gəncin fəaliyyətdə olduğu iş, iştirak etdiyi təlimlə, konfranslar, layihələr qeyd olunur. Müqavilə başa çatdıqdan sonra məlum passport xüsusi şifrə ilə şifrələnir, möhürlənir və ATGTİ İdarə Heyətinin sədri tərəfindən imzalanaraq könüllü olmuş işçiyə təqdim olunur. Bu sənəd könüllü fəaliyyət göstərmiş gəncə gələcəkdə uğurlu karyera qurmağa köməkçi olur. Rəsmiyyətdən əlavə könüllülərimiz ATGTİ-yə II ailələri kimi, ATGTİ qərargahına isə II evləri kimi baxırlar. Burada səmimi bir mühitdən söhbət gedir. Bu səmimiyyət qarşılıqlı anlaşma şəklində işimizi davam etdirməyə imkan verir. BU səmimiyyətin adı ATGTİ AİLƏSİdir.

7. ATGTİ geniş gənclər ünvanı olmaqla yanaşı eyni zamanda bir QHT-dir. Bu sektorda və ümumiyyətlə gənclər sektorunda ATGTİ-nin özünəməxsusluğu nədədir?

Qeyd edildiyi kimi, ATGTİ gənclər sektorunda və ümumiyyətlə, gənclər siyasətində çox önəmli yer tutur. Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev gəncləri qəbul edərkən ATGTİ İdarə Heyətinin sədri Şahin İsmayilovu da qəbul etmişdi və qəbul olunmuş Azərbaycan Gəncliyi 2011-2051-ci illərdə Dövlət Proqramında yer almış 6.7.1 yarımbəndi sədrimiz tərəfindən təklif olunmuşdur. Dövlət Proqramının qəbulundan sonra İttifaq məlum proqramın digər bəndləri ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə çox tədbirlər həyata keçirmişdir. Hal hazırda regionda həyata keçirilmiş böyük miqyaslı gənclərlə bağlı tədbirlər vardır ki, onlar ATGTİ-nin adı ilə bağlıdır. Bunlardan qeyd etmək olar, yüzlərlə ATGTİ könüllülərinin Avroviziya 2012 mahnı müsabiqəsində iştirakı, 20 ölkənin iştirak etdiyi Univision tələbə mahnı müsabiqəsinin reallaşması, müxtəlif fənnlərlə bağlı olimpiadalar silsiləsi, Tələbə Təcrübə Proqramı, Gəzən kitabxana layihəsi və s. Mən son ən böyük layihələrimizdən 9 noyabr-bayraq dünü fləşmobunu xüsusilə qeyd etmək istərdim. İlk dəfə idi ki, regionda bu qədər könüllünün iştirakı ilə fləşmob reallaşdırılırdı. 6000-dən çox tələbə-gənc bu layihəyə öz töhvəsini verdi.

Yuxarıda qeyd olunan faktlar bir daha göstərir ki, ölkəmizi gənclər hərəkatında və gənclər siyasətində ATGTİ-nin xüsusi yeri və çəkisi var. Sonda qeyd etmək istərdim ki, Biz İttifaq olaraq bundan sonra da böyük layihələr reallaşdıramağa davam edəcəyik və bu işdə bizlə əməkdaşlıq etmək istəyənlərə qapımız hər zaman açıqdır.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun