İngiltərədə gənclər bizim gənclərdən fərqlidir - Səmayə Məmmədova

5 ноября 2013 [00:00] - YouthPortal.Az


- Səmayə xanım, bir çox gənclər təşkilatı var və onların sayı ildən-ilə artır. Onların reallaşdırdıqları layihələri necə qiymətləndirirsiniz ?

- Bu gün gənclər təşkilatları təkcə regionlarda deyil , həm də beynəlxalq fəal layihələr həyata keçirir, digər ölkələrə gedərək, xarici tələbələri Azərbaycanda qəbul edərək. Bu deməyə əsas verir ki, onlar nəyəsə nail olublar. Şübhəsiz ki, yaxşı işləyən gənclər təşkilatları var, lakin gənclər təşkilatları çox yaradıcı olmalıdır və qrantlar alaraq düşünməlidirlər ki, onlar neyləyirlər və onların işi nə dərəcədə səmərəlidir. Bir də qeyd etmək istərdim ki, gənclər təşkilatları, media ilə çox yaxşı əlaqələr yaratmalıdı. Əgər sən bu gün qrant alıb və hansısa layihə reallaşdırırsan, onda düşünməlisən ki, bu layihə nə ilə maraqlıdır və digərindən nə ilə fərqlənir. Həmçinin layihənin güclü və zəif tərəflərini düşünmək lazımdır ki, o nə verəcək, mümkün riskləri nəzərə almaq lazımdır, elə-belə qrant alıb və nəsə edib prinsipindən yanaşmamalı. Belə olan halda, o cümlədən media və gənclərin diqqətini cəlb etmək olar. Gənclər bu gün çox sürətlə inkişaf edir və onun nə iləsə təəccübləndirmək çətindir. Deməli, gənclər təşkilatlarının məqsədi və vəzifəsi gəncləri təəccübləndirmək və özünə birləşdirmək olmalıdır. Etiraf etmək lazımdır ki, gənclərimiz müəyyən dərəcədə passiv və yerindən tərpətmək çətindir, bunun üçün onu gərək nə iləsə təəccübləndirəsən. Ancaq bu gün piar etmək asandır, çünki sosial şəbəkə çox yayılıb.

- Nazirlik hansı layihələri dəstəkləyir və bu istiqamətdə hansı işləri görülür?

- Biz çox aktiv və kreativ gəncləri müxtəlif ölkələrə göndəririk , onlar üçün sərgilər keçiririk, beynəlxalq layihələr həyata keçiririk, gənclər təşkilatları dəstəkləyirik, bizim televiziyalarda intellektual proqramlar təşkil edirik. Çox istərdim ki, fəal və uğurlu gənclərin sayı daha çox olsun. Mənim çox xoşuma gəlir gənclər layihələri edir, biz isə qonaq qismində iştirak edirik. Gənclər və idman Nazirliyi ən kommunikabelli və açıq nazirliklərdən biridir. Bizdə kreativ layihələri və gənclər təşkilatlarının sayı hər il artır. Biz, KVN də və digər intellektual layihələri və vətənpərvərlik layihələri dəstəkləyirik. Sadəcə, təşəbbüs göstərmək, işləmək və bizim nazirliyə müraciət etmək lazımdır.

- Səmayə xanım, siz İngiltərəyə oxumağa getmişdiniz. Orada yaşadığınız dövrün təəssüratlarını bölüşərdiniz.

- İngiltərəyə səfər mənim üçün gözlənilməz idi, hərçənd mən, əlbəttə, buna çox can atırdım. Mən bir neçə dəfə sənəd verirdim, amma hər dəfə hansısa maneələr yaranırdı və məndə heç cür alınmırdı. Lakin, bütün bunlara baxmayaraq, mən çox çalışdım. Mən bilirdim ki, nə qədər sənin güclü praktikan olur olsun, nəzəriyyənin çatışmazlığı hər halda mane olur. Mən Azad müəllimə,öz nazirimə çox minnətdaram, mənə dəstək oldu. Əlbəttə, ilk vaxtlar mənə çətin idi, çünki mən 2003-ci ildə universiteti bitirib 2012 ilə qədər işləyirdim. Mən media və ictimaiyyətlə əlaqələr fakültəsində təhsil almışam, Azərbaycan və İngiltərə piar strategiyaları arasında çox böyük fərq olduğundan əmin oldum.
İngiltərədə media çox böyük və mühüm rol oynayır. Orada kütləvi informasiya vasitələri nəinki hörmət edirlər, hətta qorxurlar, müəyyən dərəcədə.
Mən təlim dövründə bildim ki piar meneceri rolu nədir, piar meneceri nə etməlidir ki, o, öz şirkətinin nüfuzunu qoruyub saxlasın, jurnalistlərlə işləmək bacarığı, böhranlı vəziyyətlərdə öz şirkətini xilas etmək və sair. Və bütün bu vaxt oxuyursan, bütün bunları düşünürsən, səni öyrədirlər,ki nə ilə reklam və piar fərqlənir ,və ümumiyyətlə, piar nədir, sən bunun nə dərəcədə vacib və maraqlıdır olduğun başa düşürsən.
Bütün bunlar əvvəlində mənim üçün qəribə gəlirdi ki, doğrudanmı piar bu hamısı deyil ki, mən əvvəllər edirdim?! Amma hər halda, mənim doqquz il iş təcrübəm mənə çox kömək etdi. Dərslər verilirdi, onlar mənə asan olurdu və mən asanlıqla onların qəbul edirdim. Amma əlbəttə ki, dərslər olurdu ki, mənim üçün yenilik idi və mən bilmirdim ki, piar zamanı belə etmək olar.
Dərslər zəngin idi. Bizə piar, jurnalistika və nəzəriyyəsini, təcrübəsini, piar və ictimai işlər haqqında dərslər keçirilirdi. Müəllim kollektivi çox güclü idi. Bizə dərs keçən universitetlərinin müəllimləri, yalnız orada işləmir, həm də İngiltərənin ən aparıcı informasiya nəşrlərində işləyirdilər. Belə peşəkarlardan öyrənərək, bilirsən ki, nə qədər sənin bəxtin gətirib.
Mən çox yaxşı adamların dairəsinə düşmüşdüm. Mənim qonşularım isə iki yaşlı qadın idi, mən onlarla dost oldum. Biz tez-tez əlaqə saxlayıb, bir-birimizə kömək edirdik, qonaq gedirdik, ad günlərini birlikdə qeyd edirdik. Bizdə olan dostluq münasibətlərini hətta kiçik ailədə adlandırmaq olar. İndiyə qədər biz əlaqə saxlayırıq, bu yaxınlarda mən onlardan açıqca almışam və onlara vaxtaşırı zəng vururam. Onlar mənə çox şey öyrədiblər. İngilis həyatın mənə öyrədiblər, ingilislərin kim olduğunu, nəyi sevib sevmədiklərini.

- Bəs Sizin Fikrinizcə, Britaniyada həyat bizim, Azərbaycanda olandan necə seçilir. Adaptasiya olmaq çətin oldu?

- Tamamilə fərqlənir. Uyğunlaşmaq isə heç çətinlik yaratmadı, valideynlərim mənə həmişə deyirdilər ki, mənim bəxtim gətirib ki, mən çox tez adaptasiya ola bilirəm. Məndə belə bir hiss var idi ki, sanki mən orada anadan olmuşam.
Yeganə diskomfort hava şəraiti səbəbindən idi, çünki bizdə hava isti və günəşlidi, orada isə daim yağış yağır, çox yüksək rütubət olur.
Gənclər - onlarda tamam başqadır, işləməyi sevirlər, amma cümə və şənbə - onlarda mütləq istirahət günləridir. Və onlar bu gün istirahət günlərindən imtina etməyəcəklər. Kinoya, klublara getməyi, gəzintilər təşkil etməyi, gəzməyi sevirlər. Və onlar sözün əsl mənasında istirahət edir və öz istirahətlərini çox qiymətləndirirlər.
Bizim üçün isə, şənbə,bazar günü anlayışı yoxdur. Biz istirahət günləri də işləməyə, oxuya və sair işlər görə bilərik. Gənclər çox məsuliyyətli və müstəqildir, çox təəsüf ki, bizim gənclər haqqında bunu həmişə demək olmaz. Onlara yaşadığı şəhərdə oxumaq darıxdırıcı gəlir, və onlar mütləq təhsil almaq üçün başqa şəhəri seçirlər. İngilislər çox əməksevər xalqdır, onlarda avtobuslar səhər saat 6-də artıq dolu olur, hər kəs işə gedir, səhər saat 6-də artıq tələbələr kitabxanaya gəlir.

- Universitetdə Azərbaycandan olan tələbələr var idi? 

- Bəli var idi. Azərbaycandan təxminən 10-15 nəfər var idi. Kimsə neft fakültəsində təhsil alırdı, kimsə sosiologiya fakültəsində təhsil alırdı. Bizim orada Azərbaycanlı gənclər Assosiasiyası var idi. Biz çox dostlaşmışdıq və bizim azərbaycan bayramlarını birlikdə qeyd edirdik.

-Bizim gənclərə nə demək istəyərdiniz?

Heç bir şeydən qorxmaq lazım deyil, həmişə risk edin, yeni nəsə etməyə çalışın. Əgər alınsa, çox yaxşı, əgər yox - öz səhvlərinizdən öyrənəcəksiniz. Peşəkar doğulmurlar, olurlar. İnkişaf edin və öz üzərində işləyin, daha çox oxuyun və öz dunya görüşünüzü genişləndirin.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun