ASAIF-in sədri Ramin Həkimovun müsahibəsi

23 октября 2013 [14:28] - YouthPortal.Az

Fikir sahibi olmaq üçün məlumat sahibi olmaq lazımdır. Yaxşı bildiyin zaman, yaxşı edir, yaxşı işləyirsən. Mahatma Qandi deyir ki, sabah öləcəyin kimi yaşa, həmişəlik yaşayacağın kimi öyrən. Bu insanı öyrənməyə, bilikli və savadlı olmağa, intellektuallığa səsləyir. Bütün təbəqələri elmli olmağa dəvət edir. Bütün təbəqələr, çünki heç də hər sosial sinifi təmsil edən kəslər təhsil almaq imkanına malik deyil və ya bu resursların episentrindən kənardı. Heç də hər gənc öz xəyalının arxasınca gedib öz istəklərini real etmə imkanı əldə etmir. Bəlkə də o gəncin minlərlə, milyonlarla gənci həvəsləndirəcək uğur hekayəsi ola bilər, lakin vəsaitlər buna imkan vermir. Bu kimi hallara bizim cəmiyyətimizdə illər öncə daha çox rast gələ bilərdik, lakin bugün artıq başqa bir reallıq var. Bu reallıq dövlətin ən yüksək səviyyədə Azərbaycan gəncinə olan etimadı və gəncliyin inkişafı üçün qəbul etdiyi proqramlardı. Məsələn, xaricdə təhsil bugünki gəncləyin ən çox müzakirə etdiyi mövzulardan biridir, gənclər üçün dünyanın ən yaxşı universitetlərində təhsil almaq artıq prioritetə çevrilib. Bəlkə də gənclərdən öncə bu haqqda artıq valideynlər düşünür və onlar övladlarım nə bahasına olur olsun xaricdə təhsilli olsun deyirlər. Xaricdə təhsilli olmaq gözəldir, lakin bunun məqsədi və amalı olmalıdır. Martin Lüter Kinq deyirdi ki, intellekt üstəgəl xarakter – budur əsl təhsilin məqsədi.

Bugün bu görünüş var və bu baxışa sahib olan dövlət var. Cənab Prezidentin sözləri ilə desək Azərbaycanın dövlət siyasətinin əsas predmeti Azərbaycan vətəndaşıdır. Azərbaycan gənclər siyasətinin də mərkəzində Azərbaycan gənci durur. Vətənini sevən, torpağa bağlı olan, bacarlıqlı və intellektual gəncliyin yetişməsi və Azərbaycana xidmət etməsi bugünki gənclər siyasətinin prioritetidir. Cənab Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla qüvvəyə minən “Azərbaycanlı Gənclərin 2007-2015-ci illərdə Xaricdə Təhsili üzrə Dövlət Proqramı” bu amala layiqincə xidmət edir və Azərbaycanlı gənclərin qızıl fondunun yaranmasında ən böyük töhvəni verir. DP çərçivəsində təhsil almaq üçün təsdiqlənmiş siyahılara əsasən bu il 22 may – 16 avqust tarixləri arasında 34 ölkə, 519 ali məktəb və 16 prioritet ixtisas istiqaməti üzrə ərizə qeydiyyatı aparıldı və ilk dəfə olaraq proses elektron şəkildə həyata keçirildi. Sənədlərin qəbulu isə 23 avqust tarixinədək həyata keçirildi. Son illərdən fərqli olaraq bu il ilk dəfə idi ki, qeyri-prioritet ixtisaslarında təhsil almaq üçün eletron qeydiyyat zamanı “digər” bölməsi işə başladı və bunu sayəsində kifayət qədər gənc bu sahələr üzrə xaricdə təhsil almaq şansı əldə etdilər.


İndiyədək DP ilə 1825 nəfər təhsil almışdır. Bu il 1200-dən artıq olaraq rekord səviyyədə ərizə qəbul olundu və nəticədə ilk dəfə olaraq ərizə verənlərin təxminən 65 faizi, 783 nəfər olmaqla proqramın qalibləri oldular və bununla da DP ilə xaricdə təhsil alan Azərbaycanlı gənclərin sayı 2600-ü keçdi. 2012-ci ildə isə bu göstərici 607, 2011-ci ildə 435, 2010-cu ildə isə 275  nəfərdən ibarət idi. Sadəcə keçən ilin göstəriciləri ilə müqayisə etsək görərik ki, 176 nəfər çox 2013-cü ildə proqram iştirakçısı olmuşdur. Əlavə olaraq, 2012/2013-cü tədris ilinə qədər DP çərçivəsində təhsil almaq hüququ qazanan ən çox tələbə Böyük Britaniya (419 nəfər), Almaniya (367), Türkiyə (364 nəfər), Kanada (141 nəfər) və Fransa (98 nəfər) üzrə olmuşdur. Onlar əsasən iqtisadiyyat və idarəetmə, mühəndislik, tibb, informasiya texnologiyaları, turizm, fundamental elmlər və digər prioritet ixtisaslar üzrə təhsil almaq hüququ qazanmışlar. 2013/2014-cü tədris ilində, yəni 783 qalib arasında yenə ən çox tələbə Böyük Britaniyaya üz tutur. Daha sonra yenə də siyahıda Almaniya, Türkiyə və Kanada liderlik edirlər. Bugünədək DP-nin ən çox məzunu olan ölkələr isə Birləşmiş Krallıq (169 nəfər), Rusiya (56 nəfər), Fransa (55 nəfər), Almaniya (54 nəfər) və Türkiyədir (49 nəfər).

Bu il yeni təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi və təyin etdiyi yeni heyyəti ilə görülən işlər həqiqətən təqdirə layiq və ümidvericidir. Xüsusilə DP-na qəbullar zamanı tətbiq olunan yeniliklər, xüsusilə gənclərin bu prosesdə aktivliyi gənclərə olan inam və etimadı artırır, gələcək vizyondan xəbər verirdi. İlk dəfə olaraq ərizə verən bütün iştirakçıların fərdi şəkildə müsahibə prosesinə cəlb olunması və komissiya üzvlərinin nazirlik əməkdaşları ilə yanaşı digər dövlət qurumları, ali məktəblər və ASAIF-in əməkdaşlarından ibarət olması iştirakçıların gənc mütəxəssislərlə müsahibə prosesində özlərini rahat hiss etmələri və kompleksdən kənar çıxış etmələrinə, daha səmimi olmalarına gətirib çıxardı. Bizləri təəssüfləndirən hallardan əlavə bizləri şənləndirən və üzlərdə təbəssüm yaradan halların da zənginliyi prosesin necə maraqlı və rəngarəng olmasından xəbər verirdi. Müsahibə zamanı iştirakçıların fikirlərinə, xüsusilə sahib olduqları gələcəyə aid baxış və vizyonları, niyə xaricdə təhsil almaq istəmələri kimi düşüncələri böyük önəm kəsb edirdi. Əsas yeniliklərdən biri isə iştirakçılara tamamilə azad şəkildə təhsil sistemi haqqında olan fikirlərini, nələri dəyişmək istədikləri və nələri tətbit etmək istədikləri ilə bağlı fikirlərinin öyrənilməsi oldu ki, bunun da nəticəsin də bəzi gənclər var ki, doğurdan da gözəl ve effektiv təkliflər verirdilər. DP-nın ən sevindiri tərəflərindən biri hər kəsə bərabər şəraitin yaradılmasıdır, hər kəsə eyni imkanın təqdim olunmasıdır. Bu ilki seçimlərin xüsusilə şəffaflığı və obyektivliyi stimulverici idi. Bunun nəticəsində Bakı şəhəri ilə yanaşı çoxlu sayda region gənclərinin, uzaq kəndlərdən sadəcə müsahibə üçün Bakıya gələn va sonda qalib olan gənclərin DP ilə dünyanın ən yaxşı universitetlərində təhsil almalarına göstərilən yardım və dövlət qayğısı qürurvericidir. İlk dəfə olaraq qalib olan gənclərlə cənab nazirin şəxsən görüşməsi, onları formallıqdan uzaq təbrik etməsi, uğurlar diləməsi, təhsillə yanaşı ASAIF – in sıralarına qoşularaq həm xaricdə diaspora və lobbçilik işində sosial-ictimai faəl olmağa, həm də məzun olduqdan sonra cəmiyyətə inteqrasiya olunması prosesində aktiv olmağa səsləməsi, daha sonra ilk dəfə olaraq nazirlik əməkdaşlarının və xüsusilə ASAIF-çilərin valideynlərlə görüşlərdə onları məlumatlandırması və tələbələrlə görüşdə onların psixoloji hazırlığı, getdikləri zaman nələri etmələri olduqları, hansı proseslərdən keçəcəkləri ilə bağlı ilkin təlimlər keçməsi DP-nın bu ilki uğurları sırasındadır. Fikrimcə bu ilki prosesin canlı şahidi olmaq məni o qənaətə gətirdi ki, xüsusilə DP ilə Azərbaycanda gənclər siyasəti yeni bir mərhələyə qədəm qoydu, cəmiyyətdə hər kəsin təhsil sahəsində aparılan konstruktiv islahatlara inamını artırdı və DP sürətlə cənab prezentin 2020 vizyonun reallaşmasına töhvə verdi. Azərbaycan gəncinin necə istedadlı və qabiliyyətli olmasının şahidliyi məni bir daha qürurlandırdı. Əminəm ki, cənab prezident İlham Əliyev də dövlətçilik yolunda bugünkü intellektual gənclik üçün qəbul olunan dövlət proqramının strateji olaraq düzgün siyasətin aparıldığını görür və Azərbaycan gənci ilə fəxr edir!  


 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun