Gülsel Səfərova: "Avropaya inteqrasiya üçün Azərbaycanda bütün növ imkanlar mövcuddur"

5 октября 2013 [12:48] - YouthPortal.Az

Bu gün müsahibimiz Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının Prezdenti Gülsel Səfərovadır.

ilk öncə təşkilat haqqında məlumat verərdiniz.

Təşkilat 2007-ci ildə təsis olunub və həmin ildə də dövlət qeydiyyatından keçmişdir. 2007-ci ildən etibarən biz gənclər olaraq Azərbaycanın Avropaya inteqrasiya məkanında gənclərin dahada aktivləşməsi və bu istiqamətdə olan bütün layihələrə dəstək olmağa çalışırıq. Daha qlobal səviyyədə götürsək, Azərbaycançılıq ideyalarını əsas götürərək Avropa demokratik dəyərləri ilə Azərbaycançılıq dəyərləri arasında bir sintez təşkil etmək. Bu çox böyük bir məqsəddir, bu məqsədə nail olmaq üçün əsrlər lazımdır,amma artıq Azərbaycan son 20 ildə daha Avropaya inteqrasiya yönümlü dinamik addımlar atmağa başlamışdır və biz gənclər təşkilatı olaraq bütün layihələrə dəstək olmağa çalışırıq. Azərbaycan gəncinin portretini avropanın hər bir ölkəsində tanınmasına çalışırıq.Avropaya inteqrasiya özü tanıtım, dialoq, əməkdaşlıq deməkdir. Bildiyiniz kimi, Azərbaycan 70 il ərzində  sovet ittifaqı tərkibində olduqda avropa cəmiyyəti Azərbaycandan xəbərsiz idi, amma artıq müstəqilliyimizi bərpa edtikdən sonra və son dövrdə mədəni tədbirlər kerçirildikçə artıq avropa cəmiyyəti Azərbaycanla bağlı daha çox məlumatlandırırlar.
Biz isə AGAT olaraq avropa gənclərini bir araya gətirərək müxtəlif mövzularda disskusiyalar təşkil edirik. Bu tədbirlər çox olduqca bir o qədər tanınıtım çox olar. 

Gələcək planlar və layihələr haqda nə deyə bilərsiniz?

Yarandığı illərdən etibarən AGAT 20-dən çox beynəlxalq layihələr həyata keçirtmişdir. Mən özüm 30-dan çox ölkədə Azərbaycanı təmsil eləmişəm, bununla yanaşı bizim gənclər il ərzində  Avropada bir çox layihələrdə iştirak edirlər və bu hər biri Azərbaycanın tanıtımına, Azərbaycan həqiqətinin çatdırılmasına bir təkandır. Bir aydan sonra biz Böyük Britaniyanın London şəhərində Azərbaycanın Avropaya İnteqrasiya Modeli forumunu həyata keçirdəyəcəyik. Bu forum prezident yanında Dövlət dəstəyi şurası tərəfindən təstəklənir və orada bizim əsas niyyətimiz forumda Böyük Britaniya vətəndaşlarının iştirakını təşkil etməkdir. Ümumi götürsək 100 nəfər iştirakçısı olan bir forum təşkil etməyi planlaşdırırıq. 

Bu yaxınlarda  Nobel qardaşlarınının II Elmi-İnnovativ konfransında iştirak etmişsiniz, bu haqda məlumat verərdiniz.

Bəli, bir həftə öncə Stokholmda Nobel qardaşlarının II Elmi-İnnovativ konfransı keçirildi və bu tədbirin Azərbaycan üçün mühüm bir tədbir olduğunu qeyd etmək istərdim,çünki İsveç cəmiyyəti son iki ilə qədər əslində Nobel qardaşlarının vaxtı ilə Azərbaycanda necə işlər apardığları barəsində xəbərsiz idilər. Keçirilən bu cür konfranslar nəticəsində artıq İsveç cəmiyyəti bütün bu məsələlər barəsində məlumatlandırılır. Məndə konfransda çıxış edərək təklif irəli sürdüm, tıklifim ondan ibarət idiki, Nobel qardaşlarının Gənclər Forumu yaradılsın və konfransın işinə yardımçı rolunu oynasın. Bu yaxınlarda artıq Gənclər Forumunun strukturunu formalaşdıracıyıq və idarə heyətinə təqdim edəcəyik. Dəstəkləndiyi halda artıq biz Gənclər Forumunun yaratmış olacayıq. 

Region gənclərinin sosial-ictimai fəaliyyəti haqda nə düşünürsünüz?

Çox maraqlı bir məsələyə toxundunuz. Hələki internetə çıxışı olmayan,təhsil səviyyəsi elədə yaxşı olmayan ucqar kəndlərdə Avropaya inteqrasiyadan danışmaq, düşünürəm ki, əbəsdir. Bu hallarda biz o regionlarda ehtiyac olan istiqamətlərdə üzrə layihələr həyata keçirdirik. Regionlarda sonuncu layihələrimiz Gəncədə, daha öncə Quba-Xaçmaz bölgəsində baş tutdu. Layihələrimizin mövzuları əsasən gənclərin sosial aktivliyi, liderlik qabiliyyəti və gender zorakılığına qarşı təşviqat məsələləri olmuşdur. 

Avropaya inteqrasiya üçün şərait necədi ?

Avropaya inteqrasiya üçün Azərbaycanda bütün növ imkanlar mövcuddur. Buna yönəlik Dövlət proqramalı, Avropa proqramları var. Bu günlərdə Almaniya səfirliyi ilə birlikdə Almaniyada təhsi ilə bağlı layihə keçirildi. Hesab edirəm ki, təhsil inteqrasiya prosessinin bir qoludur. Bunlarla yanaşı prezdentinin sərəncamı əsasında  Azərbaycanda xaricdə təhsillə bağlı proqram var. Bütün bunları nəzərə alsaq, Azərbaycanda kifayət qədər imkanlar var.

Müsahibə verdiyiniz  üçün minəttarlığımızı bildiririk. 

Təşəkkür edirəm.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun