Rəhman Hətəmov: Sevindirici haldır ki, 5 çəki dərəcəsindən 4-nün finalında Azərbaycan karateçiləri döyüşdülər

27 2013 [15:55] - YouthPortal.Az

Karate üzrə Azərbaycan milli komandası İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında çıxışlarını uğurla başa vuraraq bu gün vətənə qayıİsla tdı. 3 qızıl və 2 gümüş medal qazanan karateçilərimizin komanda yarışlarında möhtəşəm qələbəsi, zala toplaşan bütün azarkeşlərin rəğbətinə səbəb oldu. İdmançılarımızın uğurunda yığma komandanın baş məşqçisi, federasiyanın vitse-prezidenti Rəhman Hətəmovun əməyi də xüsusi qeyd edilməlidir. Hər bir idmançısı ilə birgə gərgin anlar yaşayan, döyüşdən öncə taktikanı müəyyənləşdirən məşqçi ilə karate yarışları başa çatdıqdan sonra söhbətləşdik.

- Rəhman müəllim, komandanın nəticəsini gözləyirdinizmi?

- Rəqiblərimizin bir çoxu adlı-sanlı karateçilərdən ibarət olan, karatedə dominantlıq edən ölkələr sayılır. Lakin mən bütün uşaqlardan medal gözləyirdim. Rəfayel Ağayevin qələbəsinə şübhəm yox idi və oyenə ən güclü olduğunu sübut etdi. Ayxan Mamayevlə Şahin Atamov isə öz əzmkarlıqları ilə məni xüsusilə sevindirdilər. Niyazi isə uzun müddətdir zədədən sonra ilk dəfə idi belə böyük yarışa çıxırdı.Buna baxmayaraq, bütün kollektiv etimadı doğrultdu və sevindirici haldır ki, 5 çəki dərəcəsindən 4-nün finalında Azərbaycan karateçiləri döyüşdülər. Bu böyük uğurdur.

- Komanda yarışının final döyüşü daha maraqlı oldu.

- Bəli. Karateçilərimiz fərdi olaraq həmişə uğur qazansalar da, ilk dəfə idi ki, belə böyük turnirin komanda döyüşlərində yarışında birinci olduq. İslam ölkələrinin baş yarışında qalib olmaq qürurvericidir. Xüsusən də finalda İran kimi güclü komandaya qalib gəlmək. Onların heyəti bizdən həm atletik, həm də çəkilərinə görə bizim uşaqlardan böyük idi. Buna baxmayaraq, uşaqların əzmkarlığı qarşısında İran karateçiləri də dayana bilmədilər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və idman nazirinin müavni İsmayıl İsmayılovun döyüşlərimizi yarışları tribunadan izləməsi də uşaqlarda böyük ruh yüksəkliyi yaratdı.

- Əgər zədə problemi olmazsa, hazırkı heyət birlikdə neçə il döyüşə bilər?

- Hazırda komandanmızın ən gənc üzvünün 21, yaşlısı olan Rəfayelin isə 28 yaşı var. Karatedə maksimum 35 yaşadək döyüşmək olar. Deməli əgər zədə problemi olmaza bu komanda azı 5 il Azərbaycanın şərəfini layiqincə qoruya biləcək. Təki zədə olmasın. Məsələn, mən özüm 18 yaşımda, Azərbaycanın ilkdünya çempionu olsam da,zədə üzündən karyeramı çox tez bitirməli olmuşam.

- Bu gün Azərbaycan karate yığması dünyanın ən güclülərindən sayılır. Bəs yığma üzvlərini sabah əvəz edəcək ehtiyat qüvvə varmı?

- Bu gün bizim perspektivli ehtiyat qüvvəmiz, gənclərimiz var. Onlar da indiki nəsli tədricən layiqincə əvəz edəcəklər. Komandamızda nəsil dəyişikliyi tədricən gedir. Heyət birdən-birə yenilənmir. Ona görə də heyət hec zaman zəifləmir.
Bizim güclü karate məktəbimiz olub. Bu məktəbin başında isə Ülvi Quliyev, Füzuli Musayev, Yaşar Bəşirov, Əhməd Hətəmov kimi güclü karateçilərimiz dayanıblar. Bu gün gənclərimiz onları layiqincə əvəz edə bilirlər.






 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun