Qarabağla bağlı olan informasiya siyasətimizi müəyyən qədər dəyişməliyik

13 2013 [11:00] - YouthPortal.Az

Bu gün müsahibimiz Azərbaycan Tələbələr Birliyinin Sədri Elvin Aslanovdur.
Öncə təşkilat haqqında məlumat verərdiniz.
Təşkilat 24 dekabr tarixində dövlət qeydiyyatına alınıb. Azərbaycan Tələbələr Birliyinin yaradılmasında əsas məqsəd irqinindən, cinsindən, milliyətindən asılı olmayaraq Respublika ərazisində yaşayan və tələbə adını daşıyan hər bir kəsi birləşdirməkdir. 2009-cu ildə, artıq fəaliyyətə başlamağımızdan 1 il keçməsinə baxmayaraq Gənclər və İdman Nazirliyi tərəfindən İlin Təşkilatı adına layiq görüldük. Təşkilat yarandıği vaxtdan indiyə kimi bir çox təşikilatlarla əməkdaşlıq etmişik və hal-hazırda da edirik. Xüsusi olaraq qeyd edə bilərəm ki, Azərbaycan Tələbələr Birliyi AESTE-nin Azərbaycanda yeganə üzvüdür və Avropa Tələbələr birliyinin tam hüquqlu üzvüyük.
Bu məqsədlərə doğru konkret addımlar haqqında nə deyə bilərsiniz?
Öncə onu deyə bilərəm ki, bizim istəyimiz tələbələri birləşdirmək idi və hər bir layihəmizdə heç bir məhdudiyyət qoymadan bütün tələbələrin iştirakını təmin etməkdir. Əsas tələbimiz şəxsin tələbə adını daşımasıdır. Daha sonra biz tələbələrin vətəndaş cəmiyyətində rolunu artırmaq istəyirik və bunun üçün müxtəlif işlər görülür. Gənclər və İdman Nazirliyi ilə birgə İKT bilikərinin artıtılması barədə layihəmiz olmuşdur. Qeyri-formal təlim metodlarının, təhsil metodlarının inkişafı üzrə layihələr təşkil etmişik. Həmçinin Avropa Komissiyası tərəfindən maliyyələşən beynəlxalq layihələrimiz var ki, bu da Avropaya inteqrasiya istiqamətində gənclərin rolu ilə bağlı olub. Hər bir layihədə iştirakçılar yalnız tələbələrdi və təşkilatımızın əsas məqsədi tələbələrin sözünü ictimayyətə çatdırmaq və onları birləşdirməkdir.
Hal-hazırda hansı layihələr üzərində işləyirsiniz?
Bu ayın əvvəlində QHT-lərə dövlət dəstəyi şurası ilə bir ali təhsildə qeyri-formal üsulların tədbiqi haqqında layihəmiz yekunlaşdı. Hal-hazırda Gənclər Fondu ilə layihəmiz davam edir. Bu layihəmizdə biz yalnız könüllülük təbliği barədə deyil, bu lahiyyəmizdə biz Türkiyənin bu sahədə təcrübəsindən yararlanırıq. Layihə çərçivəsində iki nəfər türkiyəli təlimçi Bakıda 3 günlük təlim keçmişdirlər.
Üzvlük sistemi necə tədbiq olunur?
Biz üzvlük sistemin çox tədbiq etmirik. Bunun əsas səbəbi tələbə statusunun müvvəqəti olmağı ilə əlaqədərdir, tələbə universiteti bitirdikdən sonra artıq bizim layihələrimizdə iştirak etmək hüququndan məhrum olur. Daha çox çalışırıq təbliğatı universitetlərdə aparaq, universitetlər üzrə koordinatorlarımız olsun və bu koordinatorlar vasitəsi ilə hər hansı bir məlumatı tələbələrə tez bir zamanda çatdıra bilək. Bununla yanaşı, indiki zamanda məlumatların yayılmasında əsas rolu sosial şəbəkələr oynuyur.
Gələcəkdə hansı layihələri planlaşdırırsınız?
Bizdə müxtəlif istiqamətlər var. Yerli istiqamətlər üzrə layihələrimizdə Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu və QHT-lərə dövlət yardım şurasının maliyyə dəstəyi ilə layihələrimiz həyata keçirilir. Bəzi məsələlər və layihələr var ki, biz onlar üçün Avropa Komissiyasından malliyə ala bilmərik, bu -Azərbaycanla bağlı məsələlərdi. Digər beynəlxalq məsələlərlə bağlı layihələrimizdə artıq Avropa komissiyasına müraciət və əməkdaşlıq edirik.
Qeyd etdiniz ki Qarabağ haqqında layihə təşkil olunmuşdu, bu haqda daha ətraflı danışardız, zəhmət olmasa.
Suala keçməzdən öncə bu layihələrə dəstək olan Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu və QHT-lərə dövlət yardım şurasına minnətdarlığımı bildirmək istəyərdim. Düşünürəm ki, əsas önəmli məsələlərdən biri odur ki, bizim Qarabağla bağlı olan informasiya siyasətimizi müəyyən qədər dəyişməliyik. Bütün məsələlərdə avropalılarla və digər xarici ölkələrlə dost olmaq lazımdır, daha sonra onlara hər hansı bir mesaj çatdırmaq lazımdır. Bizim üçün nə qədər önəmlidirsə, məsələn, Şimali və Cənubi Koreya məsələsi, onlar üçün də bizim problem o qədər önəmlidi. Bu səbəbdən, əvvəlcə onlara Azərbaycanın ən yaxşı tərəflərini göstərmək,onlarla dost olmaq lazımdır, daha sonra isə problemlər barədə məlumat verib dəstək almaq olar. Hər bir azərbaycanlı hər hansı bir tanıdığı əcnəbi qonağa bu barədə məlumat verərsə,biz bu məsələni daha effektiv təbliğ etmiş olarıq. Hal hazırda çox önəmli məsələlərdən biri də informasiya müharibəsidir. Bu barədə nə deyə bilərsiniz? Düzdür, 2000-ci ilə qədər informasiya müharibəsində uduzurduq, lakin bundan sonra Azərbaycanda ilk rus dilli informasiya saytlarının yaranması ilə artıq bu geriliyi aradan qaldırmış olduq. Indiki vaxtda sadəcə bir videonu və ya məlumatı sosial şəbəkələrdə paylaşmaq da informasiya müharibəsinin tərkib hissəsidir. Hər hansı bir əcnəbi şəxsə bu problemlə bağlı məlumat verilərsə bu özü belə informasiya ötürmək anlamına gəlir ki,belə olan halda biz daha çox insana həqiqətləri çatdıra və yaya bilərik.
Təşəkkür edirəm, Elvin müəllim, maraqlı fikirlərinizlə bizimlə bölüşdüyünüzə görə!




 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun