“Hamımızın amalı inkişaf edən Azərbaycanın layiqli vətəndaşları olmaqdır” - Toğrul Məmmədli

6 ноября 2012 [00:00] - YouthPortal.Az

 Toğrul bəy, ilk öncə Sizi ATGTİ-nin departament direktoru seçilməyiniz münasibəti ilə təbrik edirik. Oxuculara bu haqda məlumat vərərdiniz? Təşkilat daxilində yaradılmış “Eurovision” işçi qrupundakı fəaliyyətinizdən sonra nə kimi yeniliklər baş verib?

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) artıq 2 ilə yaxındır ki fəaliyyət göstərirəm, fəaliyyətim boyu təşkilatın keçirdiyi tədbirlərdə iştirak edərək, təcrübəmi daha da genişləndirmişəm. İlk fəaliyyətimə 2011-ci ildə ölkəmizin “Eurovision”da qələbəsindən sonra İttifaq daxilində yaradılan “Avroviziya 2012” isçi qrupuna rəhbərlik etməklə başlamışam. “Avroviziya 2012” isçi qurupundakı fəaliyyətimdə fərqli qurumlarla əlaqlər yaradaraq, “Avroviziya 2012” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün əlimdən gələni etməyə çalışırdım. Artıq ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin direktoruyam. ATGTİ-nin elan etdiyi vakansiyalardan yararlanaraq, mən də özümün bilik, bacarıq və təcrübəmi artırmaq üçün vakansiyaya müraciət etdim və seçildim. Mənə qarşı göstərilmiş etimada görə ATGTİ-yə təşəkkür edirəm. 

Siz bir gənc kimi, müəyyən uğurlar qazanmısınız. Gənclər (QHT) sahəsində iş təcrübəyə maliksiniz, buna baxmayaraq, yeni işinizin məsuliyyətindən narahatsınızmı?

ATGTİ ölkə tələbələrini birləşdirən ən böyük və mütəşəkkil təşilatdır. Bu baxımdan təşkilatda istənilən fəaliyyət məsuliyyət tələb edir. Ancaq ciddi narahatçılığım yoxdur. Təşkilatda kifayət qədər təcrübəli insanlar var. Onların hamısı məsləhətləşməyə, fikir mübadiləsi etməyə açıq olan gənclərdir. Dediyim kimi mən özüm də 2 ilə yaxındır bu təşkilatdayam. Geridə “Eurovision” mahnı müsabiqəsində könüllülərin işini təşkil etmək kimi təcrübəmiz var. Hamımızın amalı inkişaf edən Azərbaycanın layiqli vətəndaşları olmaqdır. Amal və məqsəd aydın olanda istənilən çətin işin öhdəsindən gəlmək mümkündür.

 Bildiyimiz kimi ATGTİ fəaliyyəti çərçivəsində bir çox xarici ölkə səfirlikləri ilə əməkdaşlıq edir. Bunlar hansı səfirliklərdir? Onlarla görüşlərinizin əsas məqsədi nədir?

 Bəli, ATGTİ Azərbaycanda akkreditasiya olmuş bir çox beynəlxalq qurumlarla və xarici ölkə səfirlikləri ilə əməkdaşlığa səy göstərir. Prioritetlərimizdən biri həm qərb, həm də şərq ölkələri ilə dostluq əlaqələri qurmaqdır. Hal-hazırda ATGTİ Türkiyə, Rusiya, Qazaxıstan, Serbiya, Norveç, Latviya, Litva İtaliya, Pakistan, Yaponiya, Koreya və başqa ölkələrin səfirlikləri ilə yaxından əməkdaşlıq edir. Sadalanan səfirliklərin rəsmiləri və birbaşa səfirləri ilə görüşən təmsilçilərimiz qarşılıqlı faydalı əməkdaşlıq ənənəsinin əsasını qoyublar. Bu gün ATGTİ-nin üzvləri səfirliklərin dəstəyi və ayrı-ayrı gənclər proqramı çərçivəsində yuxarıda qeyd edilmiş ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirlər. Yaxın gələcəkdə Polşa, Bolqarıstan, Özbəkistan, İndoneziya və digər səfirliklərlə də görüşlər keçirməyi planlaşdırırıq.

 Gələcək fəaliyyət istiqamətləriniz nədən ibarətdir? Siz ATGTİ-nin beynəlxalq əlaqələr sahəsinə nə kimi yenilik gətirmək fikrindəsiniz? Beynəlxalq layihələrin reallaşdırılması nəzərdə tutulub?

Bildiyiniz kimi ATGTİ Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvüdür. Bu birlik Avropanın 38 ölkəsində 11 milyondan artıq tələbəsini birləşdirir. Şübhəsiz qazandığımız bu nailiyyətdən tam istifadə edərək, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə müxtəlif ölkə gənclərini bir araya toplayaraq fərqli beynəxalq layihələr keçirəcəyik. Bu günə qədər ATGTİ beynəxalq layihələr sahəsində kifayət qədər təcrübəsi var. Təşkilatın reallaşdırdı MDB tələbələri üçün Yay Liderlik Məktəbi, beynəlxalq “Tələbə Baharı” musiqi festival, “Eurovision 2012”də üzvlərimizin könüllü fəaliyyəti və s. Buna təşkilatımızın tam potensialı var. Biz dünya gəncləri ilə əlaqələrimizin genişlənməsi istiqamətində fəaliyyəti davam etdirəcəyik.

 Siz bir fəal gənc kimi bu gün Azərbaycanın və ölkə gənclərinin beynəlxalq aləmdə təmsil olunmasını necə qiymətləndirirsiniz? Sizcə bu sahənin inkişafı üçün nə tələb olunur? Bu sahədə nə kimi çatışmazlıqlar var?

Son illərdə gənclərimizin səsi beynəlxalq forumlardan, toplantılardan daha çox eşidilməkdədir. Avropada, ABŞ-da, Asiyada təhsil alan gənclərimizin Azərbaycanın təbliği, ərazilərimizin işğalına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətindəki səyləri müsbət nəticələr verir. Bununla belə, biz hələ proseslərin başlanğıcındayıq. Fikrimcə əldə etdiyimiz hər bir nəticəni daha yaxşılaşdıra bilərik, mən ölkə gəncliyinin buna qadir olduğuna inanıram. Dünya ölkələrində Azərbaycanı təmsil etməmiz yalnız qisamüddətli forum və toplantılarda iştirakla bitməməlidir. İnanıram ki, istedadlı gənclərimiz yaxın gələcəkdə BMT, Avropa Şurası, ATƏT və başqa benəlxalq qurumlarda ölkəmizi təmsil etmə hüququ qazanacaq, beynəlxalq layihələrə koordinatorluq edəcəklər.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun