ATGTİ-nin departament rəhbəri Ramiz Məhərrəmov təşkilatın tələbələr üçün planlaşdırdığı görüşlərdən danışdı

12 января 2018 [16:40] - YouthPortal.Az

Bildiyimiz kimi, imtahan ayındayıq, ilk öncə mən fürsətdən istifadə edib bütün tələbə dostlarımıza imtahanlarda uğurlar arzu edirəm.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) hər il davamlı olaraq müxtəlif maraqlı layihələr həyata keçirir. Biz bu layihələrlə yanaşı müxtəlif görüşlər və seminarlar da təşkil edirik.

Bu sözləri Youthportal- a müsahibəsində ATGTİ- nin departament rəhbəri Ramiz Məhərrəmov deyib.

O bildirib ki, keçirilən layihələrin və görüşlərin məqsədi dövlət gənclər siyasətinə dəstək göstərməkdir. Eyni zamanda, bu görüşlərin keçirilməsinin əsas məqsədi tələbə gənclərin asudə vaxtlarını səmərəli istifadə etməsinə kömək etmək , bilik və bacarıqlarını inkişaf etdirmək və onların gənclər siyasətində yaxından iştirakını təmin etməkdir.

Biz bir çox sahədən olan tanınmış şəxsləri ATGTİ- nin qərargahına dəvət etmişik. Ötən il ərzində təhsil, tibb, idman, mədəniyyət və incəsənət, biznes və s. bu kimi sahələrdən olan bir çox şəxslərlə görüşlər, seminarlar təşkil etmişik. Onlar öz biliklərini, təcrübələrini tələbələrlə bölüşüb öz məsləhətlərini vermişlər. Həm sərbəst şəkildə təşkil olunan seminarlarda, həm də seçilmiş mövzu ətrafında müzakirələrdə tələbələr öz fikirlərini bildirir, eyni zamanda, suallarını verərək dolğun cavablar alıblar.

Əlbəttə ki, biz yenədə davam edirik. 2018-ci ildə də müxtəlif layihələr, görüşlər, seminarlar yenə də təşkil olunacaq. Hər zaman olduğu kimi bu ildə görüşə dəvət olunacaq şəxslərin seçimi üçün tələbələr arasında sorğu aparılaraq onların rəyinə, maraq dairəsinə uyğun qonaqlar dəvət olunacaq, görüşlər keçiriləcək.

Tələbələrdən gözləntilərimiz dövlətimizin gənclər üçün yaratdığı şəraitdən yararlanmaq və təhsildə ən yüksək səviyyədə biliyə yiyələnmək, bununla yanaşı ictimai fəallığa da yer vermələridir.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
 

Bizə qoşulun