ATGTİ- nin sədr müşaviri Hüseyn Babayev "Liderlik Məktəbi " layihəsi haqqında danışdı

8 2018 [17:00] - YouthPortal.Az

ATGTİ- nin sədr müşaviri Hüseyn Babayev "Liderlik Məktəbi " layihəsi haqqında Youthportal- ın ünvanladığı sualları cavablandırıb.

1. Qış “Liderlik Məktəbi” layihəsi ilə bağlı oxuyucuları məlumatlandırın, zəhmət olmazsa

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ənənəvi Liderlik Məktəbi layihəsi növbəti dəfə 5-11 fevral tarixlərində Mingəçevir şəhərində Yubiley – Liderlik Məktəbi adı altında keçiriləcək. Gənc liderlərin yetişdirilməsinə yönələn bu layihə gənclərə liderlik, hədəfə çatmaq, idarəçilik bacarıqlarını artırmaq kimi keyfiyyətləri aşılayacaq.

2. Layihənin keçirilməsində əsas məqsəd?

İlk növbədə qeyd etmək istərdim ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATGTİ- nin keçirdiyi layihələr, düşərgələr ölkə gəncliyinin inkişafı üçündür.

Qış Liderlik Məktəbi layihəsini keçirməyimizdə əsas məqsədimiz isə gənc liderləri stimullaşdırmaq, gənclərin komanda ilə işləmək qabiliyyətlərini artırmaqdır. Ölkədə aparılan gənclər siyasətində gənclərin aktiv şəkildə iştirakını təmin etməkdir.

3. Layihə gənclərə nə qazandıracaq?

Layihə ilk növbədə iştirakçılara komanda ilə işləmək bacarığını mənimsəməyə, bununla yanaşı, qarşıya qoyulan məqsədlərə və hədəflərə çatmaq üçün zəruri olan şərtlər barəsində məlumatlanmağa ,müstəqil şəkildə öz fikirlərini bildirməyə və mövqelərini ifadə etməyə kömək edəcək.

4. 10- cu dəfə icra olunacaq "Liderlik Məktəbi" layihəsi ilə bağlı fikirləriniz

Artıq 10- cu dəfədir ki, icra olunacaq layihə Yubiley Liderlik Məktəbi adı altında keçiriləcək. Bu günə kimi bu keçirilən layihələrdə iştirakçı qismində çıxış edən gənclərin bir çoxu layihədən sonra ATGTİ- nin özünə könüllü kimi faəliyyət göstərmək üçün müraciət ediblər. Layihədə əldə etdikləri bacarıqlar, komanda ilə işləmək vərdişləri isə onlara birmənalı olaraq aktiv şəkildə ictimai fəaliyyətə başlamağa kömək etmişdir.

5. Sonunda isə oxuyuculara tövsiyyələrinizi alaq

Layihədə iştirak etmək istəyən 1- ci və 2- ci kurs tələbələrinə tövsiyyəm odur ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək Liderlik Məktəbi layihəsi üçün qeydiyyatdan keçsinlər. Çünki layihə onlara bilik və bacarıqların artırılması ilə yanaşı, yeni dostlar, yeni kollektiv qazandıracaq. Eyni zamanda, Mingeçevir şəhərində keçiriləcək bu layihə bir növ onlar üçün istirahət yönümlü olacaq.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun