"Mən azərbaycanlıyam" milli bilik yarışasının qalibləri: Fəxr edirik ki, belə bir gözəl nəticəmiz oldu

30 ноября 2017 [19:00] - YouthPortal.Az

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Mən azərbaycanlıyam” milli intellektual bilik yarışmasının yeddinci mövsümünün qaliblərinin noyabrın 29-da mükafatlandırılması mərasimi oldu.

Yeddinci mövsümdə qalibi gəlmiş Hicrət Hüseynzadə, eləcə də ikinci yerin sahibləri olan İlkin Ələkbərov, Mahmud Mahmudlu və Əsəd Əsədullayev Youthportal- a təəssüratlarını bölüşdülər.

Hüseyzadə Hicrət: “Mən azərbaycanlıyam” milli bilik yarışmasının yeddinci mövsümünün qalibi oldum. Mən də çox böyük qurur hissi duydum ki, Azərbaycanla bağlı bir verlişdə iştirak etdim və burda qalib gəldim.Bunun üçün ilk növbədə təşkilatçılara təşəkkürümü bildirirəm. Azərbaycan gənclərinə bu cür böyük diqqət və qayğı göstərirlər. Bu diqqət və qayğının bariz nümünəsidir ki, bu gün Azərbaycanımızda intelektual verlişlər təşkil edilir. Təşkil olunan bu cür yarışlar öz növbəsində Azərbaycan gənclərinin böyük ruh yüksəkliyinə səbəb olur.

Mahmudlu Mahmud: “Mən azərbaycanlıyam” milli bilik yarışmasının yeddinci mövsümünün ikicisi oldum. Sevinirəm, çünki bu yarışmanın tarixinə adımı yazdırmaq uşaqlıqdan arzum idi və bu arzuma çatdım.

Ələkbərov İlkin: Mən də bu milli bilik yarışmasına qatılmışdım. İki dəfə qalib oldum. Finalda 9 sual cavablandırdım, düyməyə görə uduzdum. Lakin cavabı dedim.Təbii ki, bununla kifayətlənmək olmaz.İnşallah bundan da daha böyük uğurlar əldə edəcəm.

Əsədullayev Əsəd: Təşkil olunan bilik yarışmasının yeddinci mövsümün ikincisi oldum. Belə bir yarışı təşkil edən bütün təşkilatçılara öz təşəkkürümü bilirirəm. Fəxr edirik ki, belə bir gözəl nəticəmiz oldu. 



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun