Fərqlənmə attestatı, 700bal, Prezident təqaüdü – BANM-in tələbəsi Elmir Əhmədov

21 ноября 2017 [14:00] - YouthPortal.Az

Bakı Ali Neft Məktəbinin Prezident Təqaüdçüsü 700 bal toplamış Elmir Əhmədov ona ünvanlanan sualları cavablandırdı.

                                          Fərqlənmə attestatı, 700bal, Prezident təqaüdü – BANM-in tələbəsi Elmir Əhmədov

- Elmir, bir az özünü bizə tanıt, Ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Elmir Əhmədov kimdir?

Mən 2000-ci ildə Rusiya Federasiyasında anadan olmuşam. 2006-ci ildə Quba şəhər 3 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam. 2017-ci ildə Akademik Zərifə Əliyeva adına liseyi fərqlənmə attestatı ilə bitirmişəm. Təhsil aldığım müddətdə müxtəlif yarışmalar və olimpiadalarda uğurla iştirak etmişəm və 2017-ci ildə Dövlət İmtahan Mərkəzinin 1-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplamışam.

- Uğurların boldur, bəs onlar arasında ən çox fəxr etdiyin hansıdır?

Həyatda fəxr etdiyim ən böyük uğurum - 2017-ci il may ayının 7-də keçirilən qəbul imtahanında göstərdiyim nəticə -700 bal toplamağım və cənab Prezidentimiz İlham Əliyev tərəfindən Prezident təqaüdçüsü fəxri adına layiq görülməyim olub. Həmin gün mənim həyatıma qızıl hərflərlə yazılmış bir tarixdir.

- Elmir, bu ilki nəticələrdən bəlli oldu ki 700 bal toplamış abituriyentlərin çoxu BANM-i seçib. Bəs sən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

Düzünü deyim ki, mənim ali təhsilimi Türkiyə, Çin, Polşa kimi xarici ölkələrdə təhsil almaq şansım var idi, lakin düşündüm ki, öz ölkəmizdə yüksək təhsil, praktik təcrübə və karyera imkanları verə bilən Bakı Ali Neft Məktəbini seçmək daha məqsədə uyğun olardı. Biz tələbələr üçün lazım olan bütün imkanlar bu ali ocaqda toplanıb, elə ona görə də seçimim BANM oldu.

- BANM-i bitidikdən sonra özünü harada görürsən?

Bildiyimiz kimi ölkəmizdə həm neft, həm də qeyri-neft sektoru inkişaf edir. Bu da biz gənclərə bu inkişafda öz yerimizi tutmaq, öz savad və bacarığımızı göstərməyə böyük imkanlar yaradır. Mən inanıram ki, gələcəkdə bir savadlı mühəndis kimi ölkəmizin aparıcı neft şirkətində xalqımıza yararlı mütəxəssis olacam.

- Səni həyatda ən çox motivasiya edən nədir?

Məni həyatda motivasiya edən amil qarşıma qoyduğum məqsədlərim və onların nəticələrdir.

- Elmir, Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

Bilirsiz, ixtisas seçimi insanın həyatında ən məsuliyyətli addımlardan biridir. Ona görə də hər bir seçim qarşısında olan abituriyentə məsləhətim budur ki, özlərini daha çox hansı sahədə görürlərsə o sahə üzrə ali təhsil ocağını seçsinlər. Məsələn, mən mühəndis olacağıma qərar verdiyim andan Bakı Ali Neft Məktəbini seçmişdim.  



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun