Həsəneliyev Kamran: Layihə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olacaq

16 2017 [16:32] - YouthPortal.Az

"Bakı Gənclər Klubu" İctimai Birliyi tərəfindən "Vətən səninlə öyünür, qəhrəman!" adlı layihənin icrasına 20 sentyabr 2017- ci il tarixindən başlanılıb. Youthportal.az- ın layihə ilə bağlı ünvanladığı sualları Həsənəliyev Kamran cavablandırdı.

1. Zəhmət olmazsa, layihə haqqında qısa məlumat verin.

“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 20 sentyabr 2017-ci il tarixindən Vətən səninlə öyünür, qəhrəman! adlı layihəsini həyata keçirir. Layihə Bakı şəhəri və respublikamızın cənub bölgəsi – Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonlarını əhatə edəcək. Layihə 20 gəncin iştirakı ilə 3 ay davam edəcək.

Layihənin məqsədi - gəncləri, Qarabağ müharibəsi zamanı döyüşçülərimizin göstərdiyi şücaət və qəhrəmanlıq anları ilə tanış edərək, hərbi vətənpərvərlik ruhunu yüksəltməkdir.

2. Layihənin əsas prioriteti nədir?

Bugün bir çox mətbuatda Milli Qəhrəmanlarımız haqqında nəşrlər, televiziyada sənədli verilişlər hazırlanır. Biz istərdik ki, bu layihəni həyata keçirməklə gənclərimiz Milli Qəhrəmanlarımızla yanaşı, həmçinin I Qarabağ müharibəsi zamanı öz sağlamlığını itirmiş, canından keçmiş, həyata keçirilmiş döyüşlər zamanı şücaət göstərmiş və qəhrəmanlıq anları yaşamış vətən oğulları haqqında məlumatlar toplasınlar və əldə olunan məlumatları digər gənclər arasında yaysınlar.

3. Layihə gənclərə nələr qazandıracaq?

Layihə iştirakçıları I Qarabağ müharibəsi, keçirilən döyüşlər və əməliyyatlar haqqında yeni məlumatlar əldə edəcəklər və bu məlumatlar əsasında hər bir iştirakçı özündə qəhrəman obrazı yaradacaq. Bu isə öz növbəsində gənclərimizdə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olacaq.

4. 3 ay davam edəcək layihə gənclər qarşısında nə kimi öhdəliklər qoyur?

Layihə çərçivəsində hər bir layihə iştirakçısı səfər olunacaq rayonlarda veteranlarla görüşlər zamanı I Qarabağ döyüşçülərinin iştirak etdikləri döyüşlər, həyata keçirdikləri əməliyyatlar haqqında yeni məlumatlar əldə edəcəklər və bu məlumatları toplayaraq, digər gənclər arasında yayılmasına kömək edəcəklər.

5. Müharibə şəraitində yaşayan bir ölkənin gəncləri üçün vətənpərvərliyin aşılanması, qəhrəmanların tanıdılması mövzusunda layihə hazırlanması təqdirə laiqdir. Layihənin gələcəkdə geniş şəkildə vüsət alması nə dərəcə realdır?

Vətən səninlə öyünür, qəhrəman! layihəsi vətənpərvərlik mövzusunda təşkilatımızın bu istiqamətdə keçirdiyi sayca altıncı layihədir. Keçirilən layihələr əsasən cəbhə bölgəsi ərazilərini əhatə etmişdir. Amma, nəzərə alsaq ki, I Qarabağ müharibəsi zamanı nəinki cəbhəyanı, həmçinin bütün rayonlarımızın gəncləri iştirak etmiş, ağır döyüş yollarını keçmiş və bir çox qəhrəmanlıq anları göstərmişdirlər. Bunu nəzərə alaraq, bu layihənin davamlı olaraq respublikamızın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə keçirdiyimiz bütün layihələrimizin nəticəsi olaraq gələcəkdə dövlət qurumların, QHT-lərin, mətbuatın, veteranların və gənclərin iştirakı ilə yekun tədbirin keçirilməsi nəzərdə tutulub.

6. Gənclər təşkilatı olaraq gənclərin maarifləndirilməsi mövzusunda nə kimi yeniliklər planlayırsınız?

Nəzərə alsaq ki, gənclərin reproduktiv sağlamlığı və Azərbaycan tarixi nin öyrənilməsi istiqamətində bir çox layihələr həyata keçirilir, amma bu istiqamətdə müəyyən boşluqlar mövcuddur. Bunu nəzərə alaraq,təşkilatımız gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirilməsinə iddialıdır.

7. Məlumdur ki, günümüzdə gənclər ölkəmizdə keçirilən yarışlarda,eyni zamanda bir çox gənclər təşkilatlarının, şirkətlərin təklif etdiyi könüllülük proqramlarında iştirak edirlər. Mövzu ilə bağlı nə düşünürsünüz?

Ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Bu gün Azərbaycanda könüllülər daha çox ölkəmizdə fəaliyyət göstərən QHT-lər, xüsusən də gənclər təşkilatları ətrafında birləşiblər.

Bakı Gənclər Klubu ictimai birliyi olaraq, Azərbaycanda könüllülük xidmətinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının davam etdirilməsinə və sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə verməkdir. Üzvlərimiz ölkədə və ölkədən kənarda keçirilən müxtəlif beynəlxalq tədbirlərin fəal iştirak edir, fikir və təcrübə mübadiləsi aparır. Biz istərdik ki, gənclərimiz sosial təcrübənin qazanılmasında könüllü fəaliyyətinə xüsusi diqqət yetirsinlər və gələcəkdə ölkənin inkişafına öz töhfəsini verməklə yanaşı, istedadlı gənclər kimi formalaşsınlar.

8. Sonunda isə oxuculara tövsiyyələrinizi alaq.

Savadlı gənc güçlü dövlətimizin yürütdüyü siyasətin dayağıdır və biz gənclərimizi gənclər təşkilatları ətrafında birləşərək, xalqımızın inkişafına, dövlətimizin tərəqqisinə töhfə verməyə çağırırıq!



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun