Rauf Əliyev: Məktəblilərin ətraf mühitin qorunması üzrə xüsusi bacarıqlarının inkişaf etdirilməsinə böyük ehtiyac var

10 2017 [12:54] - YouthPortal.Az

2017-ci il 11-15 iyul tarixlərində “Sağlam Düşüncə”gənclər Təşkilatı tərəfindən həyata keçirilən Sumqayit məktəblilərinin ekoloji düşərgəsi layihəsinin koordinotoru Rauf Əliyev YouthPotal.az-ın layihə ilə bağlı suallarını cavablandırdı.

- Sumqayit məktəblilərinin ekoloji düşərgəsi haqqında oxucuları məlumatlandırardız.

- Sumqayıt məktəblilərinin ekoloji düşərgəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi, Təbiət Dostarı İctimai Birliyinin və Azərbaycan Skautlar Assosasiyasının tərəfdaşlığı ilə Sağlam Düşüncə gənclər Təşkilatı tərəfindən 11-15 iyul tarixlərində açıq hava şəraitində həyata keçirildi. Layihə çərçivəsində nəzərdə tutulan beş günlük tədris proqramı təbiət qoynunda Azərbaycanın gözəl guşələrindən olan Qəbələ rayonunda təşkil edilib. Düşərgəninin ərizə yığımı mərhələsində ümimilikdə 16 məktəbdən elektron və çap formatlı 120 ərizə forması qəbul olunmuşdur ki, bundan 80 nəfəri oğlan 40 nəfəri isə qız iştirakçı idi. İlkin mərhələdə ərizə formasına əsasən müsahibəyə keçmiş iştirakçılar müəyyən olunaraq məlumatlandırılmışdır. Müsahibəyə dəvət olunan iştirakçıların sayı 80 nəfər olmuşdur. Onlardan 35 nəfəri qız 45 nəfəri isə oğlan iştirakçı olmuşdur. Seçim prosesi layihə komandası tərəfindən və layihəyə cəlb edilmiş həkim heyəti tərəfindən aparılmışdır. Layihə iştirakçıları tibbi yoxlanışdan keçirilmiş və həkim rəyindən sonra düşərgədə iştirakı siyahısına qeyd edilmişdir. Açıq hava şəraitində təşkil edilən düşərgəyə Sumqayıtda fəaliyyət göstərən 10 orta təhsil müəssisəsindən müsahibə əsasında seçilmiş 55 məktəbli qatılıb. Layihə iştirakçıları düşərgə zamanı açıq havada və çadır şəraitində yaşayaçaqları üçün təhlükəsizliyin təmin edilməsi üçün dövlət orqanları ilə əməkdaşlıq edilmişdir. Fürsətdən istifadə edib Qəbələ rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin başda rəhbərlik olmaqla bütün əməkdaşlarına layihənin icrası zamanı göstərdikləri dəstəyə görə minnətdarlığımızı bildirirəm.

-Düşərgənin keçirilməsində əsas məqsəd nədən ibarətdir?

- Layihənin məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirməni artırılması, onlar arasında ekoloji məsuliyyətin formalaşdırılması və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsi istiqamətləndə fəaliyyətlər təşkil etməkdir.

-Düşərgənin məktəblilərin inkişafında nə kimi rolu oldu?

Ekoloji problemlərin diqqət mərkəzində olduğu bir zamanda məktəblilərin ətraf mühitin qorunması üzrə xüsusi bacarıqlarının inkişaf etdirilməsinə böyük ehtiyac var. Sumqayıt şəhərində ekoloji tədris və maarfləndirmə işinin mütəmadi olaraq aparılması, orta təhsil müəssisələrinin bu prosesə cəlb edilməsi məktəblilərin yeniyetmə yaşlarından ətraf mühitə həssas yetişdirilməsinə təsir edir və birbaşa maarifləndirmə prosesinə cəlb edilmiş məktəblilərin potensilalından istifadə edərək daha geniş auditoria arasında maarifləndirmə işinin aparılmasına təkan verə bilərik.

-Məktəblilər üçün təşkil olunan bu layihədə nə kimi gözləntilər var idi? Gözləntilər özünü doğrultdumu?

- Həyata keçirdiyimiz layihədə qarşımıza qoyduğumuz məqsədlərdən biridə həmyaşıddan-həmyaşıda prinsipinə əsaslanaraq məktəblilərin yiyələndiyi bilikləri öz yaşıdları arasında təbliğ etmələri və daha geniş ekoloji maarifləndirmə işləri ilə məşğul olmaları üçün seçilmiş məktəblərdə eko klublar yaradılması idi. Artıq layihənin icrası zamanı seçilmiş məktəblərdə eko klublar formalaşdırılmış, eləcədə həmin məktəblərdən seçilmiş şagirdlərə düşərgə müddətində müxtəlif təlim kursları vasitəsi ilə həmin klublardakı faəliyyətlərinin qurulması nəzəri və parktiki şəkildə öyrədilmişdir. Bu klublar vasitəsilə məktəblərdə ekoloji maarifləndirmə işi genişləndiriləcək. Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək və məktəblilərin ekoloji maariflənməsini, ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaq.

- Lahiyənin həyata keşirilməsində könüllülərin hansi rolu olmuşdur?

- Layihənin icrasına başlanılan zaman könüllülərdən ibarət layihə komandası formalaşdırılmışdır ki, istər hazırlıq mərhələsində, istərsə də düşərgə mərhələsində layihənin icrasında yaxından iştirak ediblər. Layihə zamanı seçilmiş məktəblilər komandalara bölünmüş və hər komandaya bir komanda rəhbəri olaraq könüllülər cəlb olunmuşdur. Bir az əvvəl qeyd etdiyim kimi layihə nəticəsində seçilmiş məktəblərdə eko klublar yaradılıb. Könüllülər bu klubların fəaliyyətini nizamlayacaq məktəblilərlə mütəmadi işləyəcək və hazırlanacaq olan fəaliyyət planlarının icrasına nəzarət edəcəklər.

- Layihədə hansi təlimlər keçirildi?

- Düşərgənin müddətində təlimçi Anar Məmmədovun təqdimatında Komanda quruculuğu, Eldəniz Əsədovun təqdimatında Liderlik bacarıqları, Pərvanə Babayevanın təqdimatında isə Ekoloji təhsil və Tullantıların idarə edilməsi mövzularında təlim və seminarlar keçirilmişdir.

- Məktəblilər layihə çərçivəsinda hansi fəaliyyətlərlə məşğul oldular?

- Məktəblilər üçün istər təlimlər daxilində, istərsədə asudə vaxtlarında müxtəlif komanda oyunları keçirilmişdir. Bununla yanaşı Təbiətin sirri intellektual oyunu təşkil olundu.

- Eyni məzmunda layihələrin yenidən keçirilməsi gözlənilirmi?

- Yeniyetmə və gənclər arasında ekoloji maarifləndirilməsini gücləndirmək, gənclər və yeniyetmələr arasında ekoloji məsuliyyəti formalaşdırmaq, Sumqayıtın ekoloji çirkli şəhər imicini aradan qaldırmaq məqsədi ilə Sağlam Düşüncə Gənclər təşkilatı Yaşıl Düşüncə ekoloji maarifləndirmə kampaniyasını həyata keçirir. 2012-ci ildən başlamış bu kampaniyada əhalinin diqqətini ekoloji problemlərə yönəltmək və fəaliyyətə cəlb etmək üçün ekoloji aksiyalar, orta, orta-ixtisas və ali təhsil müəssisələrində ekoloji maarifləndirmə tədbirləri təşkil olunur. Bu tədbirlər ekologiya sahəsində calışan mütəxəsislərlə birgə aparılır. Təşkil edilən tədbirlərdə və aksiyalarda iştirakçılara ekoloji problemlər haqqında danışılır, ekoloji tarazlığın qorunmasının vacibliyi və bunun üçün hər bir fərdin üzərinə düşən öhdəliklər haqqında məlumat verilir. Həmçinin maarifləndirmə işini qeyri-ənənəvi üsullarla aparmaq məqsədi ilə ekologiya və ərtaf mühit haqqında olan bədii filmlərin nümayişi və müzakirəsi təşkil edirik. Bununla yanaşı Sumqayıt şəhərində ekoloji nəqliyyat vasitəsinin təbliği məqsədi ilə gənclərin iştirakı ilə mütəmadi velo-turlarda təşkil edirik. Təşkilatımızın fəaliyyət istiqamətlərindən biri olan ekoloji maarifləndirmənin bundan sonra da davam etdirilməsi və mütəmadi bu səpgidə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

-Sonda isə oxucularımıza tövsiyyələrinizi alaq

- Hal-hazırki dövrdə ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin mühafizəsində gənc və yeniyetmələrin rolunun artırılması vətəndaş cəmiyəti institutlarının vəzifələrindən biridir. Bu baxımdan gənclərimizin bu istiqamətdə olan layihələrə qatılaraq öz potensiallarının bu kimi fəaliyyətlərə səfərbər etmələri daha məqsədə uyğundur. Eyni zamanda bu səpgidə olan layihələrdə gənclər öz gələcək fəaliyyətlərində tətbiq etmək üçün lazım olacaq yeni bilik və bacarıqlara yiyələnmə imkanlarıda əldə etmiş olurlar.

Müsahibəni apardı:Yasəmən Kərimova



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun