Intiqam Babayev : Azərbaycanın region şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi böyük uğurdur

17 2017 [16:12] - YouthPortal.Az

Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev Youthportal.az-ın Gənclər siyasəti ilə bağlı ötən ilki və gələcək uğurları, dəyişiklikləri,qərarları ilə bağlı sualları cavablandırıb.


- 2016-cı ildə ən yadda qalan, ən çox səs gətirən lahiyə hansını hesab etmək olar?

- Hər il gənclər siyasəti baxımından zəngin keçir. Ötən ildə də Gənclər və idman Nazirliyinin Mərkəzi Aparatı tərəfindən 150 tədbir və lahiyə icra edilib.Bu lahiyələrin 30-u beynəlxalq, 120-i ölkə miqyaslı olub. Təbii ki,bu layihə və tədbirlərin hamısı rəngarəng və maraqlı olub. Amma ən səs salan məqam 2016-cı ildə Gəncənin Avropanın gənclər paytaxtı seçilməsi oldu.Cənab Prezidentin müvafiq sərəncamı ilə Gənclər və İdman Nazirliyi tərəfindən, digər aidiyyatı dövlət qurumları tərəfindən,ictimai təşkilatlar tərəfindən yüzlərlə maraqlı layihə və tədbirlər Gəncədə icra edildi.Ümumilikdə Azərbaycanın region şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi böyük uğurdur.İlk dəfə olaraq Avropa İttifaqına daxil olmayan ölkənin regional şəhəri Avropanın Gənclər Paytaxtı elan edildi.Eyni zamanda il ərzində bura müxtəlif ölkələrdən xarici gənclər təşkilatlarının nümayədələri,beynəlxalq qurumların nümayəndələri səfər etmişdilər.Onlar ictimai fəal insanlardı və inanmaq istərdim ki, öz vətənlərinə qayıtdıqda obyektiv məlumatları çevrəyə,kütləvi informasiya vasitələrinə çatdıracaqlar.

- 2017-ci ildə hansısa böyük tədbir və ya layihə gözlənilir ?


- 2017-ci ildə keçiriləcək olan böyükmiqyaslı və əhəmiyyətli tədbirlərdən biri 8-ci Gənclər Forumudur. Bu forumlar 3 ildən bir keçirilir. Bu il keçirilməsi nəzərdə tutulan Forum payizda olacaq.

Qeyd etmək istəyirəm ki, 2017-ci ildə avqust ayında Dünya Skaut təşkilatının növbəti Dünya Forumu Azərbaycanda keçiriləcək.Təxminən 1300 nümayəndənin iştirakı gözlənilir və bu tədbir gənclər siyasəti sahəsində ən böyük tədbirlərdən biri olacaq. Skaut Komitəsinin ali toplantısı MDB və Türk dünyası məkanında ilk dəfə olaraq Azərbaycanda keçirilir və bu da bizim növbəti uğurumuzdur. Xüsusilə qeyd etmək istəyirəm ki, bu tədbirin Azərbaycanda keçiriləməsinin qarşısını almaq üçün bədnam qonşularımız tərəfindən cəhdlər oldu.Ermənistandan gələcək iştirakçıların hüquq və təhlükəsizlikləri təmin edilməyəcək deyə Azərbaycanın namizədlər arasından çıxarılması üçün prostest oldu.Dünya Skaut hərəkatın tarixində ilk dəfə olaraq hansısa ölkənin iştirakçı olmaması qərarına protest nəzərə alınmayıb. Beləki Azərbaycan nümayəndələrinin Azərbaycanda kifayət qədər nüfuzlu beynəlxalq idman yarışlarının,tədbirlərinin keçirilməsini isbat edərək qarşılıqlı protest nəticəsində qərarı dəyişdirə bilmişlər. Azərbaycan yenidən namizəd olaraq siyahıya salınıb. Final mərhələdə Azərbaycan və Malaziya idi.Dünya Skaut təşkilatının qərərgahı da Malaziyada yerləşir.Səs vermə nəticəsində Azərbaycan qalib oldu.


- Demək olar əksər rayonlarda Gənclər Evi mövcuddur.Bu gənclər evlərinin fəaliyyəti nə yerdədir ?

- Bugün ölkədə 40- a yaxın Gənclər evi və Mərkəzi adı altında gənclər üçün xidmət göstərən sosial xidmət müəssisələri fəaliyyət göstərir. Aydın məsələdir ki, birinci növbədə gənclərin özündən çox şey aslıdır. Elə bölgələr var ki, gənclər daha fəaldılar və o qapı bağlanmır. Bu mərkəzlərin demək olar hamısında oxşar strukturlardır. Vətənpərvərlik klubları var, dəyirmi masalar üçün xüsusi otaqlar, konfrans zalları , mədəni-kütləvi tədbirlər üçün yerlər,rəsm salonları, foto studialar var. Elə rayonlar var ki, gənclər ilk gündən həmin evləri bizim əlimizdən alıb könüllü olaraq fəaliyyət göstərirlər, bəzi rayonlarda isə müəyyən administrativ metodlardan istifadə etməklə gəncləri cəlb etməyə çalışırıq.

- “ Gənclər siyasəti haqqında ” qanunu ilə bağlı dəyişiklər olacağı bildirilmişdi. Bu dəyişikliklərdə hansı suallar müzakirə olunacaq ?

- Bilirsiz ki, son seçkilərdən sonar parlamentdə struktur dəyişikliyi oldu,yeni bir komitə- Gənclər və idman komitəsi fəaliyyətə başladı. Komitə idman sahəsində, gənclər siyasəti sahəsində mövcud olan qonunverici bazanı təftiş edir və müvafiq təklifləri irəli sürür. Hər bir qanun, hər bir dövlət sənədi müəyyən dövrü əhatə edir, dövrün tələbinən aslı olaraq vaxtaşırı monitorinq olunmalı düzəlişlər edilməlidir. Dövrün tələbinə cavab verməlidir.
Müzakirələr sayəsində bəzi bəndlərin əlavə edilməsi nəzərdə tutulur. Gənc alim, Gənc sahibkar , gənclərlə iş üzrə mütəxəssiz anlayışının ortaya qoyulması nəzərdə tutulur. Gənc sahibkarlıq və Gənc alim anlayışların inkişafı üçün əlavə stimullaşdırıcı addımların atılması kimi məqamlar öz əksini tapır.
Yeni texnologiyalardan istifadəni nəzərə alaraq, informasiya texnologiyaları ilə bağlı fəslin yaradılması, eyni zamanda gənclərin iştirakçılıq və qərarvermə prosesində iştirakının daha da artırılmasına yönəldilmiş bəndlər var.
İnanıram ki, əlavə və düzəlişlər edildikdən sona gənclərin inkişafı üçün yeni bir mərhələ olacaq .

Müsahibəni apardı: Jalə Kərimova




 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun