Zaur Orucov: İldə ən azı bir dəfə hepatoloq müayinəsindən keçməyi məsləhət görürəm

6 2017 [09:11] - YouthPortal.Az

Son günlərdə sosial şəbəkələrdə “Medprosvet” qrupunun məşhurluğu artır.
Medprosvet qrupu onlayn rejimdə xəstələrə informasion - tibbi yardım göstərilməsi məqsədi ilə yaradılmışdır. Qrupda məsləhətlər istənilən dildə aparılır. Qrupda konsultasiyalar yalnız tibbi təhsilə malik mütəxəssislər və ya ixtisas dərəcəsi (sənədlə təsdiqlənən) əlaqəli sualları cavablandırmaq hüququ verən mütəxəssislər tərəfindən həyata keçirilir .

YouthPortal- ın suallarını Medprosvet layihəsinin həmtəsisçilərindən həkim-hepatoloq Zaur Orucov cavablandırdı.


- Medprosvet proyektinin məqsədi nədi ?

- Bu layihənin məqsədi əhaliyə tibb sahəsində informasiya dəstəyi, marifıəndirici qüvvə olaq. Bəzi pasiantlər bizdən gözləyir ki, facebook, internet vasitəsilə onlara həm diaqoz qoyub, həm də müalicə yazacayıq, əlbəttə ki, bu mümkün deyil. Amma maarifləndirici, istiqamətləndirici rolu öz üzərimizə götürmüşük.

- Bu proyektə neçə həkim cəlb olunub?

- Biz sonuncu statistikanı iyulda aparmışdıq. O vaxt təxmini 300 həkim idi. İndi isə o rəqəmlər yəqin daha da artıb.

- Özü müraciət edən həkimlər olur?

- Bəli, müraciət edir.Siyahılar mövcuddur , hansı ki genekoloq,nevroloq onıları da siyahıya əlavə etməyimiz üçün müraciət edirlər.

- Əməkdaşlıq etdiyiniz hansısa xəstəxanalar var?

- Bəzi klinikalar mərkəzləşmiş şəkildə bizimlə əməkdaşlıq edir. Əsasən kömək,dəstək olan özəl klinikalardı.

- Müraciətlərin sayı nə qədərdi ?

- Təxminən 2 ay əvvəl hesablama aparmışdıq. Orta hesabla günə 60 mövzu izah olunur və bunlardan təxminən 50- si pasientin suallarıdı.

- Müraciətlər əsasən nə üzrə olur?

- Müraciətlərin çoxu nevralogiya, genekalogiyadan olur. Bundan başqa peyvəndlə bağlı suallar çoxluq təşkil edir, çünki bu tərəfdən maarifləndirmə zəif olduğu qədər, qeyri- elmi məlumatlar hədsiz çox yayılıb.

- Təyin olunan konsultasiyalar facebook üzərindən olur ya konsultasiyalara çagırırsız? Çağırdığınız zaman pasientlər konsultasiyalara gəlirlər ?

- Konsultasiyalar təyin olunanda ilkin məlumatı facebook üzərindən veririk, problemin nə olduğu müəyyən olunandan sonra qrupda olan həkimləri tövsiyə edirik, istədikləri halda öz istədikləri həkimlərə də müraciət edirlər.
Hər iki hal mövcud olur. İlkin mərhələdə, yəni facebook üzərindən ilk məsləhətlər veriləndə artıq pasient də vəziyətin ciddiliyini başa düşüb gəlir.

- Bəs Hepatit B və C-nin müalicəsi mövcuddur mu?

- Hepatit B-nin tam müalicəsi var amma nadir hallarda olur, demək olar ki heç rast gəlinmir. Bizim əsas məqsədimiz bu virusun qaraciyəri sıradan çıxarmağına, ciddi problemlər ortaya çıxrmağına mane olmaqdır. Ümumiyətlə bu viruslar qaraciyərdə xərçəng xəstəliyinin əmələ gəlməsinə birbaşa səbəb olurlar.
Hepatit B-dən peyvənd olunan şəxs hepatit D- dən də müdafiəlidi. Yəni bir-biri ilə əlaqəlidi.

- Hepatitdən qorunmaq üçün nə məsləhət görürsüz?

- Ümumiyyətlə bu viruslardan qorunmaq üçün peyvəndlərdən qaçmamaq lazımdır. Heçkəs bu viruslardan sığortalanmayıb, ona görə də uşaqdan böyüyə hər kəs bir nəfər kimi təyin olunan peyvənddən yayınmamalıdır.
Bütün dünyada olduğu kimi Azərbaycanda da artıq neçə ildir ki valideyn imtina etmədiyi halda uşaq doğulan kimi ona peyvənd cədvəlinin təyin olunması tətbiq olunur.Nə qədər gec peyvənd vurulsa, bir o qədər viruslara qarşı müdafiəsiz hesab olunur. Yarana biləcək xəstəliklər üçün risklər artmağa başlayır.

- Müsahibələrinizin birində Medturizm haqqında danışmısız. Bu yolda hansısa addımları atırsız ?

- Bu bir arzu halındadı hələ. Amma təbii ki, bu potensial Azərbaycanda var. Azərbaycanda son 10 il ərzində klinikalar çox bahalı və çox keyfiyyətli avadanlıqlarla təmin olunub. Aprel-May ayında Medprosvet qrupuna Gürcüstandan, Qafqazdan olan izləyiciləri cəlb etməyi və ya Medprsovet Gürcüstanadlı qrupun yaradılmasını düşünürük. Orda da moderatorun olması,könüllülərin fəaliyyət göstərməsini təşkil edərək Gürcüstanda da öz təcrübələrimizdən istifadə edərək beynəlxalq lahiyəyə çevirəməyi düşünürük.

Faktiki olaraq artıq beynəlxalq proyekt halına gəlmiş sayılır, çünki İsraildən, Rusiyadan, Türkiyədən, Avstriyadan, Almaniyadan həkimlər var. Hətta bir dəfə türk professoru facebookda cərrahi endokrinologiya haqqında canlı yayım keçirmişdi.

- Oxuyuculara tövsiyyəniz, məsləhətiniz varmı?

- Oxuyuculara tövsiyə edərdim ki bizi izləsinlər, bu proyektimizdən yararlansınlar,həkimdirlərsə bizimlə işləməyə çağırıram. Hepatolok kimi isə çox ciddi bir məsləhətim var. Qaraciyər elə bir bədən üzvidir ki bu orqanla bağlı əksər xəstəliklər simptompsuz keçir və ya simptomplar narahatlıq törədəndə artıq ya gec olur ya da ağır vəziyyətdə olur. Ona görə də ildə ən azı bir dəfə hepatoloq müayinəsindən keçməyi məsləhət görürəm.


Müsahibəni apardı : Jalə Kərimova












 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun